Icma.az
close
up
RU
Kamaləddin Qafarov: “Azərbaycanda yol nəqliyyat infrastukturunun yenilənməsi labüddür”

Kamaləddin Qafarov: “Azərbaycanda yol nəqliyyat infrastukturunun yenilənməsi labüddür”

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

“Məlumdur ki, son iyirmi il ərzində Azərbaycanda yol-nəqliyyat infrastukturunun yenilənməsi məsələsi dövlətin prioritet fəaliyyət istiqaməti kimi müəyyən etdiyi sahələrdən biridir.

Burada söhbət eyni zamanda həm daxili yolların, həm də beynəlxalq əhəmiyyətli yol infrastrukturunun yenilənməsindən gedir. Bu baxımdan cənab Prezident İlham Əliyevin yanvarın 28-də keçirdiyi nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə müzakirə olunan məsələlər son dərəcə mühüm əhəmiyyət kəsb edir”.

Sfera.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, müşavirədə çıxış edən dövlət başçısı görülən işlərin təhlili və qarşıda duran vəzifələrin icrası ilə bağlı önəmli fikirlər səsləndirib, açıqlamalar təqdim edib.

"İlk növbədə, Bakı şəhərinin və paytaxtın ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı məsələsi müzakirə olundu. Qeyd edək ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük nəqliyyat layihələri icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Əgər bu işlər görülməsəydi, bu gün paytaxtımızda nəqliyyat, ümumiyyətlə, iflic vəziyyətinə düşərdi. Eyni zamanda, son illər ərzində bütün ölkə üzrə bir çox mühüm nəqliyyat layihələri icra edilmişdir. Bu gün ölkəmizdə rahat və təhlükəsiz kənd yolları, müasir şəhərlərarası yollar və ən yüksək beynəlxalq standartlara cavab verən magistral yollar mövcuddur” .

K.Qafarov ölkəmizdə dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi istiqamətində aparılan işlərin əhəmiyyətindən də bəhs edib:

“Son illər ölkəmizdə dəmir yolu infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi istiqamətində də böyük işlər görülüb. Bu işlərdən danışarkən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası xüsusi qeyd olunmalıdır. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu layihənin reallaşmasına uzun müddət erməni diasporunun təzyiqi altında ABŞ hökuməti mane olurdu. Bakı-Tbilisi-Qars dəmir yolunun inşası birbaşa Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir.

Azərbaycan bu layihəni icra etmək istəyəndə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Lakin cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu məsələ də öz həllini tapdı. İlk növbədə, Gürcüstan bir neçə il davam edən danışıqların nəticəsi olaraq razılığa gəldi. Eyni zamanda, cənab Prezident Amerika dövlətinin yüksək vəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə edərək onları inandıra bildi ki, onlar bu layihənin icrasına maneə törətməməlidirlər. Çünki bu strateji layihədən digər ölkələr, o cümlədən ABŞ-nın müttəfiqləri də faydalanacaqlar. Həyat özü göstərdi ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu mülahizəsində də tam haqlı idi və bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna, eləcə də Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına çox böyük maraq göstərirlər. Artıq bu gün müxtəlif ölkələrin yükləri Aralıq dənizi istiqamətinə, Avropaya, Türkiyəyə məhz bu yolla daşınır. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaqlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 Yanvar 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri