Kamandan Oxatma Federasiyasının baş katibi: İdmançılarımızdan növbəti qələbələri gözləyirik
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Xankəndi, 2 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
III MDB oyunları çərçivəsində Xankəndidə keçirilən kamandan oxatma yarışlarında Azərbaycanı təmsil edən altı idmançıdan beşi 1/8 final mərhələsinə yüksəldi. İdmançılarımızdan növbəti qələbələri gözləyirik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndidə jurnalistlərə açıqlamasında Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov deyib.
“Kamandan oxatma III MDB oyunları çərçivəsində Qarabağda keçirilən yeganə idman növüdür. Bu, bizim üçün çox şərəfli və məsuliyyətli işdir. Təşkilatçılıq yüksək səviyyədədir. Çox qısa bir zamanda burada sıfırdan infrastruktur yaradılıb”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:Dünya Kamandan Oxatma Federasiyasının prezidenti Bakıda keçirilən təlim məşq toplanışını izləyib FOTO
14 İyul 2025 12:43
Bakıda kamandan oxatma üzrə Zəfər turniri keçiriləcək
07 Noyabr 2025 15:12
Prezident: Növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözləyirik
24 Dekabr 2024 14:46
Azərbaycan Kamandan Oxatma yığması Dünya Kubokunda yarışacaq KONKRET
02 İyun 2025 18:05
Kamandan oxatma üzrə Azərbaycan çempionatının açılış mərasimi FOTO
29 Avqust 2025 15:35
Baxış sayı:114
Bu xəbər 02 Oktyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















