Kamandan oxatma üzrə “Zəfər turniri”nin açılış mərasimi keçirilib FOTO
Icma.az bildirir, Apasport portalına istinadən.
Bu gün Azərbaycan İdman Akademiyasının Stadionunda kamandan oxatma üzrə “Zəfər turniri”nin açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov turnirin gənc oxatanların hazırlıq səviyyəsinin artırılması və Dakar 2026 Gənclərin Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə mühüm rol oynadığını qeyd edib.
Açılışdan sonra yarışların sıralama atışlarına start verilib.
Turnirin ilk günündə qızlarda 1/16, 1/8 və 1/4, oğlanlarda isə 1/8 və 1/4 mərhələləri tamamlanıb.
Sabah hər iki kateqoriya üzrə yarımfinal qarşılaşmaları keçiriləcək.
Qızlar üzrə yarımfinalçılar: Nəbiyeva Fatimə, Butrik Kseniya, Bədəlli Sümeyyə, Ağaməmmədli Nilufər.
Oğlanlar üzrə yarımfinalçılar: Rəhimli Nurlan, Vəliyev Sərdar, İsmayılov İslam, Kazımzadə Zahid.
Qeyd edək ki, yarımfinal mərhələlərindən sonra finalçılar müəyyən olunacaq.
Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb "Napoli" - "Qarabağ" oyununun biletləri satışa çıxarılır Millimizin futbolçuları üçün seminar keçirilib İslam Oyunları: İdmançılarımız 2 növdə qızıl üçün yarışacaqlar Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 14 Noyabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















