Icma.az
close
up
RU
Xalqımız həmrəy, dövlətimiz qalib və qüdrətlidir

Xalqımız həmrəy, dövlətimiz qalib və qüdrətlidir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir dövrdə bir çox regionlar siyasi qarşıdurmalar, sosial gərginliklər və təhlükəsizlik riskləri ilə üz-üzə qaldığı bir şəraitdə, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması məqsədyönlü və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir. Həmin siyasətin əsas dayaqlarından biri xalq–iqtidar birliyinin möhkəmləndirilməsi və milli həmrəyliyin təmin olunmasıdır. Məhz bu unikal birlik modeli cəmiyyətin bütün təbəqələrində vahid məqsədlərə söykənən həmrəyliyi gücləndirərək dövlətin dayanıqlı və davamlı inkişafına möhkəm zəmin yaradır.

Müasir dövlətçiliyin ideya-siyasi əsaslarını formalaşdıran Ümummilli Lider Heydər Əliyev müstəqillik dövründə milli birliyi dövlət siyasətinin prioritet istiqamətinə çevirmiş, xalqın tarixi yaddaşına, milli kimliyinə və mənəvi dəyərlərinə əsaslanan möhkəm həmrəylik modelini yaratmışdır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində cəmiyyətin parçalanmasının qarşısı alınmış, xalqımız ümummilli maraqlar naminə vahid mövqedə birləşdirilmişdir.
Milli həmrəyliyin institusional əsaslarının formalaşdırılmasında Dahi Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. 1991-ci il dekabrın 16-da Ali Məclisdə qəbul olunan və 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi barədə qərar milli birlik ideyasının rəsmi-siyasi müstəviyə daşınmasının mühüm mərhələsi olub. Bu qərar tarixi baxımdan dünya üzrə səpələnmiş on milyonlarla azərbaycanlının vahid ideoloji platforma ətrafında birləşdirilməsinə yönəlmiş strateji addım idi. Təşəbbüsün respublika parlamenti tərəfindən dəstəklənərək qanunvericilik aktı ilə təsdiqlənməsi Həmrəylik Gününü ümummilli dəyərə çevirib.
Ümummilli Lider Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü daim diqqət mərkəzində saxlamış, bu günü milli ideologiyanın mühüm dayağı kimi dəyərləndirmişdir. Xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi, onların milli kimliyinin qorunması, təşkilatlanması və vahid mövqedən çıxış etməsi bu siyasətin əsas istiqamətləri olmuşdur. Bu yanaşma dünya azərbaycanlıları arasında mənəvi əlaqələrin güclənməsinə və milli şüurun möhkəmlənməsinə xidmət etmişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli həmrəylik strategiyası sonrakı mərhələdə ardıcıl şəkildə davam etdirilmiş və yeni tarixi şəraitə uyğun olaraq zənginləşdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə diaspor siyasəti sistemli, məqsədyönlü və institusional xarakter almış, dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xarici səfərlər zamanı diaspor nümayəndələri ilə keçirilən görüşlər, onların problemlərinə həssas yanaşma, vahid ideoloji xəttin formalaşdırılması milli həmrəyliyin qlobal miqyasda möhkəmləndirilməsinə xidmət etmişdir.
Xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafelərinin qorunması dövlətin prioritet vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Bu yanaşma soydaşlarımızın yaşadıqları ölkələrdə daha fəal mövqe tutmasına, milli maraqların müdafiəsində birlik nümayiş etdirməsinə və vahid məqsədlər ətrafında daha sıx səfərbər olunmasına ciddi stimul vermişdir. Nəticə etibarilə milli ruh yüksəlmiş, diaspor təşkilatlarının fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər Azərbaycan xalqının tarixində milli birliyin və həmrəyliyin ən parlaq təzahürlərindən biri kimi yadda qalmışdır. Müharibə dövründə siyasi baxışından, sosial statusundan, tutduğu mövqedən asılı olmayaraq bütün xalq vahid mövqedən çıxış etmiş, dövlətin ətrafında sıx birləşmişdir. Bu Qələbəni təmin edən əsas amillərdən biri məhz illər boyu formalaşdırılmış milli həmrəyliyi möhkəmləndirən ardıcıl və qətiyyətli siyasət olmuşdur.
Prezident, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə, prinsipial mövqe və liderlik nümunəsi xalqın öz rəhbəri ətrafında daha sıx birləşməsinə şərait yaratmışdır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın informasiya müharibəsində göstərdiyi fəallıq, etiraz aksiyaları və beynəlxalq ictimaiyyətə həqiqətlərin çatdırılması Qələbəyə layiqli töhfə kimi tarixə düşmüşdür. Bu həmrəylik milli gücün real ifadəsinə çevrilmişdir.
2022-ci il aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) milli həmrəyliyin artıq yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirib. Azad edilmiş Şuşada təşkil olunan bu mötəbər tədbir tarixi ədalətin bərpasının, milli qürurun və dünya azərbaycanlılarının mənəvi birliyinin rəmzinə çevrilib. Qurultayda qəbul edilən qərarlar diaspor fəaliyyətinin daha da gücləndirilməsinə, vahid mövqenin qorunmasına və yeni çağırışlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılmasına yönəlib.
Müasir mərhələdə Azərbaycan mürəkkəb geosiyasi kataklizmlərə baxmayaraq, həm daxili, həm də xarici siyasətdə mühüm nailiyyətlər əldə etməklə beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Qarşıda yeni reallıqlar və çağırışlar, eləcə də strateji hədəflər dayanır. Bu hədəflərin uğurla reallaşdırılmasının əsas şərtlərindən biri milli birliyin qorunub saxlanması və davamlı şəkildə möhkəmləndirilməsidir.
Bu gün Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşmiş, gələcəyə inamla addımlayan vahid siyasi və mənəvi gücə çevrilmişdir. Milli həmrəylik yalnız keçmişdən miras qalan dəyər deyil, eyni zamanda gələcək inkişafın əsas təminatıdır. Qarşıda duran yeni perspektivlərin reallaşması da məhz bu birliyin qorunması və gücləndirilməsi ilə birbaşa bağlıdır.

Asif Əsgərov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri