Icma.az
close
up
RU
Yəməndə BƏƏ gəmiləri vurulub

Yəməndə BƏƏ gəmiləri vurulub

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, koalisiyanın açqılamasına istinad edən Səudiyyə Ərəbistanının “SPA” agentliyi koalisiya qüvvələrinin Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Yəmənə gəlmiş iki gəmiyə zərbə endiriblər.
“Bu silahların təhlükəsizlik və sabitlik üçün yaratdığı təhlükə və eskalasiyanı nəzərə alaraq, bu səhər koalisiyanın hava qüvvələri Əl-Mukalla limanında iki gəmidən boşaldılan silah və döyüş maşınlarını məhv etmək məqsədilə məhdud hərbi əməliyyat keçirib”, - xəbərdə deyilir.
Zərbə nəticəsində ölənlərin olub-olmadığı hələlik bəlli deyil. Səudiyyəli hərbçilər bəyan edib ki, “mümkün ziyanının qarşısını almaq üçün” hücum gecə həyata keçirilib.
Məlumata əsasən, dekabrın 27-28-də Füceyrədən (BƏƏ-nin şərq sahilində yerləşən liman şəhəri) iki gəmi icazəsiz şəkildə Əl-Mukalla limanına daxil olub, izləmə sistemlərini söndürüb və Yəməndəki Cənub Keçid Şurası (CKŞ) qüvvələrinə dəstək vermək üçün çoxlu sayda silahı boşaldıblar. Bu hərəkətlər koalisiya tərəfindən BMT Təhlükəsizlik Şurasının (TŞ) “atəşkəs və qətnamələrinin pozulması” kimi qiymətləndirilib.
Eyni zamanda, koalisiya məhdud hərbi əməliyyat zamanı insanların təhlükəsizliyini təmin etmək üçün Əl-Mukalla limanı ərazisində mülki şəxslərin təxliyyə edilməsinə çağırıb.
Agentlik bildirir ki, BƏƏ hələlik zərbənin olduğun təsdiqləməyib. Əməliyyat Səudiyyə Ərəbistanı ilə BƏƏ tərəfindən dəstəklənən CKŞ arasında münasibətlərin yeni kəskinləşməsini göstərir. Bu, həmçinin Yəmənin İran tərəfindən dəstəklənən husilərə qarşı müharibəsində müxalif tərəfləri dəstəkləyən Ər-Riyad və Əbu-Dəbi arasında münasibətləri daha da gərginləşdirir.
Xatırladaq ki, Yəmən 2014-cü ildə başlayan vətəndaş müharibəsindən bəri böhran içindədir və bu, ölkənin faktiki olaraq bölünməsinə gətirib çıxarıb. 2025-ci ildən etibarən əraziyə nəzarət üç əsas güc arasında bölünür.
“Ənsar Allah” hərəkatı (husilər) əhalinin təxminən 70%-nin yaşadığı paytaxt Səna da daxil olmaqla qərb və şimal-qərb əyalətlərini əlində saxlayır. Cənub əraziləri paytaxtı Ədən liman şəhəri olan separatçı CKŞ tərəfindən idarə olunur.
Ölkənin qalan hissəsi həm CKŞ, həm də digər anti-husi qruplarının nümayəndələrinin daxil olduğu beynəlxalq səviyyədə tanınmış Prezident Rəhbərlik Şurasına bağlı qüvvələrin nəzarəti altındadır.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 Dekabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri