Kamnavaro qrupdakı 3 cü yenilgini dəyərləndirdi
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Konqo Demokratik Respublikasına 1:3 hesabı ilə uduzaraq ilk dəfə qatıldığı mundialı xalsız tərk edən Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis K qrupunda baş turan görüşdən sonra təşkil edilən mətbuat konfransında belə danışıb:
"Əlbəttə, acı məğlubiyyət oldu. Oyuna çox yaxşı hazırlaşmışdıq. Birinci hissədə istədiyimiz kimi çıxış etdik. Bilirdim ki, ilk yarıda çox enerji sərf edir, çox qaçırıq. İkinci hissədə yorulacağımızla bağlı narahat idim...
Fasilədə futbolçularla danışdıq. Onların daha irəli getmələrini istədim, amma səhvlər etdik və cəzasını ağır ödədik.
Bu dünya çempionatı bizim üçün bir təcrübədir. Qürur duyuram, çünki futbolçular nəticə qazanmağa çətinlik çəksələr də, nəyə qadir olduqlarını göstərdilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 28 İyun 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















