Icma.az
close
up
RU
Kamran Bayramov: Avropa Parlamentinin daxili çürüməsi və mənəvi iflası göz qabağındadır

Kamran Bayramov: Avropa Parlamentinin daxili çürüməsi və mənəvi iflası göz qabağındadır

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Biz növbəti dəfə Avropa Parlamentinin Azərbaycanın daxili işlərinə qarşı yönəlmiş, heç bir hüquqi əsası olmayan qərəzli və siyasiləşmiş addımının şahidi olduq. Dekabrın 18-də həmin yarıqurumda Azərbaycanla bağlı dinləmələr təşkil olundu, qətnamə qəbul edildi, əgər o kağız parçasına qətnamə demək olarsa.
Demokrat.az
xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxış etmiş deputat Kamran Bayramov bildirib.
Deputatın sözlərinə görə, Avropa Parlamenti illərdir ki, Azərbaycanı hədəf seçərək, “demokratiya”, “insan hüquqları” və “qanun aliliyi” pərdəsi altında ölkəmizə təzyiq etməyə çalışır. Lakin, yaxşı məlumdur ki, bu qətnamənin arxasında duran əsl səbəb anti-Azərbaycan qüvvələrinin ölkəmizin müstəqil siyasətinə, regionda artan nüfuzuna və təşviq etdiyi sülh gündəliyinə qarşı apardığı çirkin kampaniyadır.
K.Bayramov qeyd edib ki, bu qətnamədə yer almış iddialar tamamilə uydurma və yalan məlumatlara əsaslanır: “Azərbaycanda qanun aliliyi tam təmin olunub və heç kim öz peşə fəaliyyətinə və ya siyasi baxışına görə təqib edilmir. Cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını “repressiya” kimi qələmə vermək, beynəlxalq hüquqa və müstəqil məhkəmə sistemimizə hörmətsizlikdən başqa bir şey deyil. Burada söhbət təkcə Avropa Parlamentinin fəaliyyətindən getmir, özünü dünyaya “demokratiyanın mayakı” və “insan haqlarının qalası” kimi təqdim edən bu qurumun daxili çürüməsi və mənəvi iflası göz qabağındadır. İllərdir ki, bizə “Avropa dəyərləri”ndən mühazirə oxuyanlar, başqa dövlətlərə şəffaflıq dərsi keçənlər, əslində pərdə arxasında nə ilə məşğuldurlar? Cavab sadə və aydındır: Siyasi alver və rüşvətxorluqla!”
Deputatın qənaətinə görə, son dövrlərdə Avropa Parlamentində baş vermiş korrupsiya qalmaqalları göstərdi ki, bu ikili standartlar maşınının vitse-prezidentləri belə, çantalar dolusu nağd pulla ələ alınır. Bu, sadəcə bir neçə nəfərin xətası deyil. Bu, sistemin özünün rüşvətə nə qədər açıq olduğunun sübutudur: “Artıq siyasi birja adını qazanmış Avropa Parlamenti korrupsiya bataqlığında boğulduğu halda, hələ də digər ölkələrə barmaq silkələməyə cürət edir. Öz daxilindəki lobbiçilik fəaliyyətini idarə edə bilməyən, maliyyə şəffaflığını təmin etmək istəməyən bir qurumun başqalarını ittiham etməsi ən böyük riyakarlıqdır! Onlar üçün korrupsiya, yalnız öz maraqlarına xidmət etməyəndə “problem” olur. Amma öz ciblərinə axan milyonlara gəldikdə, buna “diplomatiya” və ya “əməkdaşlıq” adı qoyurlar. Bu isə o deməkdir ki, Avropa Parlamentinin mənəvi nüfuzu sıfırdan da aşağıdır.”
Sonda K.Bayramov vurğulayıb ki, məhz buna görə də, Avropanın siyasi alver, süni fəaliyyət və saxta qətnamələr mərkəzinin Azərbaycana yol göstərməyə, nəyisə diqtə etməyə haqqı belə yoxdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri