Icma.az
close
up
RU
Kamran Əliyev: Prokurorluq orqanlarında 650 dövlət qulluqçusu çalışır, 32,6 faizi qadınlardır

Kamran Əliyev: Prokurorluq orqanlarında 650 dövlət qulluqçusu çalışır, 32,6 faizi qadınlardır

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

23 iyun – Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda tədbir keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilən tədbirdə prokurorluq orqanlarında çalışan dövlət qulluqçuları və veteran dövlət qulluqçuları iştirak ediblər.

Çıxışında Baş prokuror Kamran Əliyev dövlət idarəçiliyində və dövlət qulluğu sahəsində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 23 iyunun BMT-nin Dövlət Qulluğu Günü elan olunması nəzərə alınaraq, Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə bu tarix ölkədə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi təsis edilib.

Çıxış zamanı qeyd olunub ki, hazırda ölkədə 27 minə yaxın dövlət qulluqçusu fəaliyyət göstərir və onların 30,3 faizini qadınlar təşkil edir, prokurorluq orqanlarında 650 nəfər dövlət qulluqçusu çalışır, onların 32,6 faizi qadınlardır.

Tədbirdə dövlət qulluğunun hüquqi bazasının təkmilləşdirilməsi, peşəkar və şəffaf idarəçilik sisteminin formalaşdırılması, dövlət qulluqçularının sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən bəhs olunub.

Sonda Baş prokurorun əmri ilə peşə bayramı münasibətilə fərqlənən bir qrup dövlət qulluqçusu və veteran əməkdaşlar təltif olunub və onlara hədiyyələr təqdim edilib.

Tədbir iştirakçıları dövlət qulluğunun inkişafına, dövlət qulluqçularının fəaliyyətinə göstərilən davamlı diqqət və yüksək qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 İyun 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see118

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri