Icma.az
close
up
RU
Kamran Əliyev Qətərə işgüzar səfər edib FOTOLAR

Kamran Əliyev Qətərə işgüzar səfər edib FOTOLAR

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Noyabrın 26-27-si tarixlərində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə iştirak üçün Qətərə işgüzar səfər edib.

Gununsesi.info xəbər verir ki, nümayəndə heyəti ölkəmizin Dohadakı səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib.

İƏT üzvü olan 57 ölkənin baş prokurorları, ədliyyə, daxili işlər nazirləri, müstəqil antikorrupsiya qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının görüşünü giriş sözü ilə açan ev sahibi – Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad tədbirin işinin tərəf dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində birgə səylərinə verəcəyi töhfədən danışıb, gələcək fəaliyyətdə təşkilatın korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının tətbiqi mexanizmi və icra perspektivindən söz açıb.

Yüksək səviyyəli iclasda çıxış edən Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli prioritetlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış ardıcıl islahatlar, hüquqi və institusional tədbirlər barədə xarici həmkarlarına məlumat verib, İslam ölkələri ilə əməkdaşlığa ayrılan xüsusi diqqətin çoxsaylı nümunələrindən biri kimi Məkkə Konvensiyasının qəbul edilməsi təşəbbüsünün ilkin mərhələdən etibarən Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb.

Çıxışında habelə, ölkəmizin prokurorluq orqanlarının qlobal və regional anti-korrupsiya təşəbbüslərində fəal iştirakına dair məsələlərə də yer verən Kamran Əliyev cari ildə ölkəmizdə keçirilmiş dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası – COP29, həmin tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun xarici tərəfdaşlarla birgə təşkil etdiyi yüksək səviyyəli plenar sessiya, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağın uğurlarına töhfə vermiş İslam ölkələrinin nümayəndə heyətlərinə bir daha təşəkkürünü ifadə edib.

Tədbirdə ölkəmiz İƏT-ə Üzv Dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin Bürosunun sədr müavini seçilib.

Səfər çərçivəsində Baş prokuror tərəfindən xarici həmkarlarla bir sıra ikitərəfli görüşlər keçirilib.

Belə ki, Qətərin nümayəndə heyəti ilə keçirilmiş ikitərəfli görüşdə İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad ortaq dini və mədəni dəyərləri paylaşan ölkələrimiz arasında müxtəlif istiqamətlərdə mövcud olan sıx tərəfdaşlıq əlaqələrinin daim inkişaf etməsindən məmnunluğunu bildirib, öz növbəsində bu əlaqələrin korrupsiyaya qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlığa da töhfə verdiyini qeyd edib.

Səfər zamanı Kamran Əliyevlə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə üzrə Qurumunun (Nazaha) Prezidenti Mazin bin İbrahim Əl Kahmus arasında keçirilmiş ikitərəfli görüşdə 2023-cü ilin noyabr ayında ölkəmizin Baş Prokurorluğu ilə Krallığın Nazaha Qurumu arasında imzalanmış Əməkdaşlıq haqqında memorandumun icra vəziyyəti müzakirə olunub, eləcə də qarşılıqlı əlaqələrin növbəti inkişaf perspektivləri müəyyən edilib.

Həmçinin, Baş prokuror Pakistanın ədliyyə naziri Azam Nazir Tararla görüşüb. Görüşdə transmilli təzahür olan korrupsiyaya qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlıq potensialının daha da gücləndirilməsi məsələləri müzakirə edilib.

İraqın Federal Dürüstlük Komitəsinin sədri Məhəmməd Əli Əl-Lami arasına keçirilmiş ikitərəfli görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətlərindən bəhs edilib, qurumlararası əməkdaşlıq əlaqələrinin korrupsiyaya qarşı mübarizə sahəsində imzalanması nəzərdə tutulan anlaşma memorandumunun imzalanması ilə yeni və daha intensiv müstəviyə qədəm qoyacağına dair qarşılıqlı inam ifadə edilib.

Bundan başqa, səfər çərçivəsində Kamran Əliyevlə İƏT-in Baş katibi Hüseyn İbrahim Taha arasında ikitərəfli görüş keçirilib. Görüşdə Təşkilatın İslam ölkələrinin həmrəyliyi və tərəqqisində müstəsna əhəmiyyəti vurğulanmaqla, eyni zamanda üzv dövlətlərin cinayətkarlığa qarşı effektiv mübarizə fəaliyyətində də təşviqedici rolu qeyd olunub.

Baş katib öz növbəsində Azərbaycanın İƏT-in işində göstərdiyi fəal və təşəbbüskar mövqeyə görə təşəkkürünü bildirib, ölkəmizin işğaldan azad edilmiş ərazilərinə etdiyi səfərlərlə şahidi olduğu bərpa-quruculuq işlərini təqdirəlayiq bir hal kimi vurğulamaqla, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi faktının İslam dünyası tərəfindən böyük sevinclə qarşılandığını bildirib.

Tədbirlərdə ölkəmizin Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev iştirak edib.



Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Noyabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri