Icma.az
close
up
RU
Kamran Əliyev Qırğızıstan Baş prokurorunun birinci müavini ilə görüşdü FOTOLAR

Kamran Əliyev Qırğızıstan Baş prokurorunun birinci müavini ilə görüşdü FOTOLAR

Icma.az bildirir, Yenicag portalına istinadən.

Oktyabrın 27-28-də Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Qırğızıstan Respublikası Baş prokurorunun birinci müavini Çingiz Aşirbekoviç Axmatovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, Baş prokuror əvvəlcə Çingiz Axmatovu 2026-cı ilin sentyabrında yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona məsul fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə çıxış edən Baş prokuror Azərbaycan və Qırğızıstan xalqlarını birləşdirən ortaq türk köklərinin, dini və mədəni dəyərlərin iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm təməlini təşkil etdiyini vurğulayıb. Dövlət başçıları arasında qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edən Baş prokuror Qırğızıstan Prezidenti Sadır Japarovun 2026-cı ilin mayında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana, eləcə də oktyabrın 14-15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Sammitində iştirak etmək məqsədilə Bakıya səfərlərinin əhəmiyyətini diqqətə çatdırıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2026-cı il tarixdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak məqsədilə Qırğızıstana səfəri və səfər çərçivəsində əldə olunmuş nəticələr xatırladılıb.

Görüşdə Azərbaycan və Qırğızıstan prokurorluq orqanları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Cinayət işləri üzrə hüquqi yardım haqqında sorğuların operativ və səmərəli icrası, cinayət törətmiş şəxslərin ekstradisiyası, axtarışda olan şəxslərlə bağlı əməkdaşlığın gücləndirilməsi, habelə korrupsiya və digər transmilli cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsinin genişləndirilməsi və qabaqcıl təcrübənin paylaşılmasının vacibliyi vurğulanıb.

Baş prokuror, həmçinin, 2026-cı ilin sentyabrında Kazan şəhərində keçirilmiş MDB ölkələri Baş prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclası çərçivəsində Qırğızıstan Respublikasının Baş prokuroru Malik Bekturqanov ilə görüşünü xatırladaraq, həmin təmasların prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib.

Çingiz Axmatov səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələrin daha da genişləndirilməsinin, qarşılıqlı hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsinin və birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın və müasir kommunikasiya texnologiyalarının tətbiqi ilə maraqlandığını bildirib. Bu xüsusda, kibertəhlükəsizliyin təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin aşkarlanması və araşdırılması, elektron sübutların əldə edilməsi və təhlili, habelə bu sahələrdə qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüşün sonunda prokurorluq orqanları arasında əməkdaşlığın konkret istiqamətlər üzrə inkişaf etdirilməsi, hüquqi yardımın səmərəliliyinin artırılması və beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin gücləndirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 26 Oktyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri