Icma.az
close
up
RU
Kamran Musayev: Azərbaycan ürəkdamar xəstəliklərinin müalicəsində dünya standartlarına çatıb AZƏRTAC

Kamran Musayev: Azərbaycan ürəkdamar xəstəliklərinin müalicəsində dünya standartlarına çatıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC

Bu gün Azərbaycan ürək-damar xəstəliklərinin müalicəsində də dünya standartlarına çatıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri professor Kamran Musayev deyib.

"Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra səhiyyə sistemində də çox ciddi problemlər var idi. Ümummilli Liderimiz hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrə olduğu kimi səhiyyə sahəsinə də xüsusi diqqət və qayğı göstərdi. Bunun nəticəsində 2000-ci ilin əvvəlindən başlayaraq ölkəmizdə müasir səhiyyə sürətlə inkişaf etməyə başladı. Elə 2004-cü ildə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi və professional cəmiyyət kimi fəaliyyət göstərməsi də bunun bariz təzahürüdür. Çox təəssüf ki, 90-cı illərin axırında ürək və damar xəstəliklərindən əziyyət çəkən vətəndaşların çoxu üçün həmin xidmət heç də əlçatan deyildi. Vətəndaşların bir çoxu qonşu ölkələr başda olmaq şərtilə xarici ölkələrə müraciət edirdilər. Biz 2000-ci illərin əvvəlində fəaliyyətə başlayanda məhz qarşımıza Azərbaycanda da müasir ürək və damar cərrahiyyəsi xidmətinin qurulmasını və azərbaycanlıların öz ölkəmizdə elə öz həkimlərimiz tərəfindən müalicə olunmasını hədəf qoymuşduq. Bu gün artıq cəmiyyətin qurulmasından 20 il ötür.

Hazırda səhiyyənin bütün sahələrində olduğu kimi ürək-damar xəstəliklərinin müalicəsində də Azərbaycan dünya standartlarına çatıb. Bu gün ürək-damar xəstəlikləri sahəsində demək olar ki, istər xəstəliyin diaqnostikasında, istər müalicəsində, istərsə də cərrahiyyəsində ölkəmizdə icra oluna bilməyən prosedur, əməliyyat yoxdur. Digər sevindirici məqam ondan ibarətdir ki, həmin prosedurların hamısı azərbaycanlı tibb işçiləri, həkimlər tərəfindən icra olunur. Düşünürəm ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 20 illik fəaliyyətinin ən vacib istiqamətlərindən və nəticələrindən biri də ondan ibarət olub ki, artıq ölkəmizdə ürək-damar cərrahiyyəsi kimi tibbin çox kompleks bir sahəsində kadr ehtiyacımız demək olar ki, qarşılanıb. Artıq sadəcə Bakıda deyil, regionlarda da qurulan ürək-damar mərkəzlərində azərbaycanlı həkimlər, cərrahlar, bizim yetişdirdiyimiz kadrlar fəaliyyət göstərir. Eyni zamanda bu, səhiyyəmizin gələcəyi üçün də çox ümidverici haldır", - deyə K.Musayev bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri