Tennis və padel icması ilə növbəti görüş keçiriləcək
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
11 noyabr tarixində Azərbaycan Tennis və Padel Federasiyasının prezidenti, vitse-prezidentləri və federasiya nümayəndələrinin iştirakı ilə tennis və padel icmasının üzvləri ilə növbəti görüş təşkil olunacaq.
BAKU.WS xəbər verir ki, görüşdə iştirak etmək istəyən şəxslərdən [email protected] elektron poçt ünvanına aşağıdakı məlumatları göndərmələri xahiş olunur:
- Şəxsiyyət vəsiqəsinin fotoşəkli;
- Tennis və ya padel icmasındakı statusu (valideyn, məşqçi, idmançı və ya digər);
- Əlaqə nömrəsi.
İştirakı təsdiqlənən şəxslərlə fərdi qaydada əlaqə saxlanılacaq və görüşün keçiriləcəyi məkan, saat və digər təşkilati məsələlər barədə ətraflı məlumat təqdim olunacaq.
Azərbaycan Tennis və Padel Federasiyası tennis və padel ictimaiyyəti ilə açıq dialoqun davam etdirilməsinə və qarşılıqlı fikir mübadiləsinə xüsusi önəm verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 23 Oktyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















