Kanada erkən seçkilərə gedir: parlament seçkilərinin tarixi açıqlandı
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kanadada aprelin 28-də erkən parlament seçkiləri keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Mark Karni açıqlama verib.
O, parlamenti buraxmaq və seçkiləri 28 aprel tarixinə təyin etmək üçün müraciət etdiyini bildirib.
“Mən Kanada General-Qubernatoru Meri Saymona parlamenti ləğv edib, seçkiləri 28 aprelə təyin etmək barədə müraciət ünvanladım. O qəbul etdi”, – Karni xüsusi müraciətində bildirib.
Baş nazir erkən seçkilərin keçirilməsinin ölkə iqtisadiyyatındakı problemləri qısa müddətdə həll etmək və ABŞ administrasiyasının tarif siyasətinə reaksiya vermək zərurətindən irəli gəldiyini izah edib. Bu məqsədlə hökumətin və xalqın güclü dəstəyinə ehtiyac olduğunu qeyd edib.
Qeyd edək ki, ölkə parlamenti 24 martda yenidən fəaliyyətə başlamalı idi, seçkilər isə 20 oktyabr tarixində keçirilməli idi.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 23 Mart 2025 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















