Icma.az
close
up
RU
DİM test imtahanı fənlərinin sayını azaldacaq? AÇIQLAMA

DİM test imtahanı fənlərinin sayını azaldacaq? AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəbə qəbul imtahanlarında fənlərin sayını azaltmalı və sualların çətinliyini asanlaşdırmalıdır.

Belə bir təkliflə təhsil eksperti Ramin Nurəliyev çıxış edib.

Təhsil eksperti Elçin Süleymanov qeyd etdiyimiz təklifi Redaktor.az-a şərh edərkən bildirdi ki, hazırda DİM-in tətbiq etdiyi model kifayət qədər elmi və praktikdir:

"Çünki burada buraxılış və qəbul imtahanları iki mərhələyə bölünüb. Buraxılış imtahanında ana dili, xarici dil və riyaziyyat üzrə biliklər ölçülür. Dolayısı ilə buraxılış imtahanının 300 balı və qəbul imtahanının 400 balı ilə formalaşan bir qəbul sistemi mövcuddur. Digər qəbul imtahanında isə profilə uyğun fənlər əlavə olunub. Burada humanitar ixtisaslar, dəqiq elmlər, tibbi-bioloji sahələr və qabiliyyət tələb edən ixtisaslar fərqləndirilir. Düşünürəm ki, hər ixtisas üzrə xüsusi fənnin müəyyən edilməsi vacibdir. Beşinci qrupda əlavə imtahan yoxdur, sadəcə buraxılış imtahanının nəticəsi əsasında müraciət edilir. Digər dörd qrupda isə dəqiq elmlər, humanitar elmlər, kimya-biologiya və iqtisadi elmlər üzrə dörd qrup müəyyənləşdirildiyindən, hər qrupda bir və ya iki fənn bu sahələrin davamçıları üçün əsas fənn hesab olunur".

Onun sözlərinə görə, DİM-in tətbiq edə biləcəyi test sistemi əzbərçiliyi aradan qaldırmağa yönəlmiş, açıq tipli sualların və məntiqi təfəkkürün inkişafına xidmət edən tapşırıqların artırılmasını nəzərdə tuta bilər.

"Lakin bu tip sualların yoxlanılması müəyyən çətinlik yaradır və vaxt aparır. Azərbaycan dili və ingilis dili üzrə açıq tipli sualların, eləcə də çoxseçimli tapşırıqların yoxlanılması üçün markerlər bir neçə ay ərzində çalışırlar. Bu cür sualların sayı artdıqda yoxlanılma prosesi daha da uzana bilər. Bu baxımdan inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilə bilər. Buraxılış imtahanı nəticələrinin daha geniş şəkildə qəbul prosesində əsas götürülməsi, yəni orta məktəb nəticələrinin ali təhsilə qəbulda baza kimi qəbul edilməsi bir model ola bilər. Əgər repetitorluğun azaldılması düşünülürsə, bu yanaşma məqsədəuyğundur. Lakin bunun üçün orta məktəblərdə təhsil keyfiyyəti və qiymətləndirmə sisteminin mərkəzləşdirilmiş, obyektiv və şəffaf olması vacibdir. Əgər nə vaxtsa orta təhsildə bu sistem tam ədalətli qurularsa, yəni ucqar kənd məktəbində verilən qiymətlə Bakının reytinqli təmayüllü məktəbində verilən qiymət ekvivalent olarsa, o zaman orta təhsil nəticələri ilə də birbaşa universitetlərə qəbul mümkün ola bilər. Qeyd edim ki, hər il plan yerlərinin sayı artır və bu yerlər arasında dövlət sifarişi əsasında ayrılan yerlərin payı da genişlənir. Bu istiqamətdə artıq ali təhsil almaq istəyənlərin demək olar ki, əksəriyyətinə tələbə olmaq imkanı yaradılır", - deyə müsahibimiz yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:301
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri