Icma.az
close
up
RU
Kanada kraliçası saxlanıldı

Kanada kraliçası saxlanıldı

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kanada Milli Polisi özünü "Kanada kraliçası" elan edən Romana Didulonu saxlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Globe and Mail" nəşri məlumat verib.

Məlumata görə, onunla birlikdə 15 tərəfdarı da saxlanılıb. Polis xüsusi təyinatlılarının cəlb olunduğu əməliyyat Saskaçevanın ucqar əyalətlərindən birində həyata keçirilib ki, burada tərk edilmiş məktəbin binasında və onun ətrafında dayanan treylerlərdə "kral sarayı" yerləşir.

Bildirilib ki, həmin şəxslərin saxlanılması əməliyyatı onlarda odlu silahın ola biləcəyinə dair operativ məlumat daxil olduqdan sonra həyata keçirilib. Nəticədə polislər yalnız dörd nüsxə tapança tapıblar. Hazırda "kraliça" və tərəfdarları 24 saatlıq həbs ediliblər, onlara qarşı hələ ittiham irəli sürülməyib.

Qəzetin qeyd etdiyi kimi, Romana Didulo sosial şəbəkələrdə müxtəlif sui-qəsd nəzəriyyələrini təbliğ edir. Öz tərəfdarları ilə birlikdə o, "Kanada krallığını" təşkil edərək onun "kraliçasına" çevrilib. 2022-ci ildə Kanadanı bürüyən koronavirus məhdudiyyətlərinə qarşı etirazlar zamanı fəal Ottavaya gəlib və burada özünü ölkənin mütləq monarxı elan edib. Məlumdur ki, Didulo Filippində anadan olub, lakin 1990-cı ildə Kanadaya mühacirət edib.

Kanada rəsmi olaraq Britaniya monarxı III Çarlz tərəfindən idarə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri