Kanada tarixinin rüsvayçı seçkisi TƏHLİL
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aprelin 28-də Kanada parlamentinə keçirilən növbədənkənar seçkilərdə total saxtakarlıq halları yaşandı
Azərbaycanın dünya miqyasında özünəməxsus formada iqtisadi inkişafa, sosial tərəqqiyə nail olması əksər dünya ölkələrinin narahatçılığına səbəb olub. Xüsusi ilə də, ərazilərinin erməni terrorçu hərbi birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi ilə azad etməsi ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların yuxusunu ərşə çəkib. Baxmayaraq ki, Ermənistanın hərbi xuntası məğlubiyyətlə barışıb və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün cəhdlər göstərir. Lakin daim Azərbaycanın haqq işinə, ədalətli mövqeyinə qarşı ikili standartlardan çıxış edən dövlətlər, eləcə də Fransa, Niderland, Kanada, Yunanıstan və digər başıpozuq dövlətlər ənənəvi amplualarından əl çəkmirlər. Bəzən isə daha böyük riyakarlıq və simasızlıq göstərən ermənipərəst ölkələrin siyasi rəhbərləri dünya dövlətlərinə erməni terrorçu dəstələrinə dağıdıcı gücə malik silah-sursatın çatdırılması çağırışlarını edirlər. Bütün bunlara terrora açıq dəstək, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik deməkdir. Kanada özü ciddi daxili və xarici problemlər məngənəsində əzilməyinə, əhalinin hər cür hüquqlarının pozulmasına görə, beynəlxalq insan haqları təşkilatları tərəfindən sərt tənqidlərə məruz qalmasına baxmayaraq ermənilərə hərbi, siyasi dəstək nümayiş etdirməyə çalışır. Bu üzdəniraq oyuncaq quruluş hələ 2020-ci il 44 günlük Vətən savaşı zamanı Ermənistanın himayədarlarından olduğunu nümayiş etdirmək üçün Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış etdi. Müharibə dövründə Kanada baş naziri Castin Tryudo Fransa prezidenti Emmanuel Makron tez-tez telefon əlaqəsi saxlayır, müzakirələr aparır və daha sonra məsuliyyətsiz bəyanatlarla çıxışlar edirdi. Bu azmış kimi Kanada Xarici İşlər Nazirliyi müharibənin dərhal dayandırması və münaqişənin yalnız sülh yolu ilə həll edilməsi ilə bağlı məntiqsiz bəyanat səsləndirdi. Onların dayaz düşüncəsinə görə, guya müharibə ədalətsiz müharibədir. Ancaq anlamırlar ki, Ermənistan o terrorçu, vandal dövlətdir ki, 30 ilə yaxın Azərbaycanın torpaqlarını işğal altında saxlamışdır. 30 ildir ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını qeyr-şərtsiz azad edilməsi barədə 4 qətnamə qəbul edib. Lakin Ermənistan dünya birliyinə, onun qəbul etdiyi qərarlara açıq hörmətsizlik nümayiş etdirərək, qəbul edilən qətnamələri icra etmədi. Bu zaman Kanada, Fransa kimi oyuncaq dövlətlər Ermənistanın siyasi rəhbərliyinin ağzında vurmadılar, başa salmadı ki, BMT-nin qəbul etdiyi qərarlara əməl edilməlidir, etmədilər. Elə ki, Azərbaycan özü BMT-nin qətnamələrini icra edib, torpaqlarını azad etdi, o zaman Ermənistana ağalıq edənlərin səsləri çıxmağa başladı.
Kanada şər və böhtanlarını antiterror əməliyyatı zamanı da təkrarladı
Azərbaycan ərazində kök salan terrorçuların zərərsizləşdirilməsi üçün 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterrr əməliyyatlarından sonra Fransanın dirijo çübuğu əsasında Kanada hakimiyyəti Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul etdi. Kanada parlamentinin üzvü Elizabet Mey ölkənin xarici işlər naziri Mark Qarnoya məktub göndərərək, “erməni əsirləri”nin Azərbaycanda saxlanılmasından narahatlığını bildirib və Kanadanı “hərbi əsirlərə” kömək etməyə çağırıb. Mark Qarnoya o şəxsdir ki, Kanada əsilli və ölkənin deputatı olsa da, ABŞ-dakı Ermənistan lobbisinin üzvüdür. Bir neçə dəfə Ermənistana səfər edib. İrəvanda dünya erməni diaspora təşkilatlarının toplantılarında fəal iştirakçılarından olub. Bu baxımdan o erməni terrorçusu kimi düşünür və erməni revanşistlərisayağı fikirlər səsləndirir. Lakin anlamır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri hərbi əsir deyillər. Onlar canilərdir, insanlığa qarşı cinayət törədən, təqsirləndilən şəxslərdir. Ona görə də, onlar Azərbaycan qanunvericiliyinə uyğun mühakimə olunacaqlar. Haqlı olaraq Azərbaycan dövləti Kanadanın separatçılara dəstək verməsinə və erməni hərbi cinayətkarların “hərbi əsr” kimi təqdim edilməsinə etirazını bildirib. Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə sosial şəbəkə hesabında Kanada xarici işlər naziri Melani Colini qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib: “Kanada milli maraqlarına üstünlük vermək və beynəlxalq arenada etimadı qorumaq əvəzinə Kanada Erməni Milli Komitəsinin maraqlarının müdafiəsində iştirak etmək, xarici işlər naziri rolu üçün lazım olan mühakimə və məlumatlılıq barədə ciddi suallar doğurur. Coli hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalmış bir milyondan çox azərbaycanlının əzablarını tanımayıb. Təəssüf ki, siz hələ də Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə, kütləvi qırğınlar, vəhşiliklər, mədəni irsin silinməsi və digər insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş bir milyondan çox azərbaycanlının əzablarını tanımamısınız. Necə də dəqiq deyilib: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır”.
A.Hacızadə Kanada nazirinə faktlara əsaslanmağın vacibliyini xatırladıb: “Kiçik bir xatırlatma: həmişə faktlara əsaslanın, erməni diasporunun yalan narrativlərinə yox”.
Azərbaycanın 2023-cü ildəki lokal antiterror tədbirlərindən danışarkən, A.Hacızadə qeyd edib ki, bu əməliyyat qanuni və mütənasib olub: “Azərbaycanın 2023-cü ildəki antiterror tədbirləri Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavab idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin və infrastrukturun neytrallaşdırılmasına yönəlmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi. Mülki əhali və infrastruktur hədəfə alınmayıb, erməni sakinlərin regiondan getməsi isə onların könüllü qərarı olub”.
ABŞ Kanadaya qarşı iddialarında haqlıdırmı?
Görünən ondan ibarətdir ki, Kanada Fransanın təsiri altında, müəyyən hallarda rəsmi Parisin göstərişləri ilə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Halbuki yuxarıda qeyd etdiyim ki, Kanada son dərəcə daxili və xarici problemlər məngənəsində əzilməkdədir. Gah Böyük Britaniyanın, gah da Fransanın göstərişləri əsasında fəaliyyətini qurması bu dövlətin yarım müstəqil dövlət olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, Şimali Amerikada yerləşən Kanada cənubda ABŞ ilə həmsərhəddir. Kanadanın paytaxtı Ottava şəhəri olsa da, ən böyük şəhəri Torontodur. Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşamışlar. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoymuşlar. 1756–1763-ci illər də Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir. O zamandan Kanda Böyük Britaniyanın Kraliçası tərəfindən idarə edilib. Düzdür, Kanadanın baş naziri və parlamenti fəaliyyət göstərir. Lakin Böyük Britaniyanın kraliçası müəyyən hallarda Kanadanın baş nazirinin qərarlarını, eləcə də parlamentdə qəbul olunan qanunları ləğv etmək hüququna malikdir. Ona görə də Kanadanı tam müstəqil dövlət adlandırmaq sadəlövhlük olardı. Bunu heç şübhəsiz ABŞ rəsmi dairələri də bilirlər. Ona görə də ABŞ prezidenti Donald Tramp “Kanada ABŞ-nin 51-ci ştatı olmalıdır” deyə bildirib. Ehtimallar isə ondan ibarətdir ki, Kanadanın yarım müstəqil dövlət olmasından istifadə edən ABŞ müəyyən şirnikləndirici vədlər hesabına Ottavanın ABŞ-ın 51-ci ştatı olmasına nail olacaq. Çünki D.Tramp Kanadaya qarşı irəli sürdüyü iddialarında israrlıdır. O, KİV-ə verdiyi açıqlamasında Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Nə üçün? Heç bir səbəb yoxdur: “Limitsiz enerjimiz və istifadə edə biləcəyimizdən də artıq tikinti materiallarımız var. Onların heç nəyinə ehtiyacımız yoxdur” .
D.Tramp xatırladıb ki, ABŞ-ın ayırdığı subsidiyalar olmasa Kanadanın mövcudluğu mümkün deyil: “Acıdır, amma həqiqətdir! Beləliklə, Kanada bizim arzu etdiyimiz 51-ci ştata çevrilməlidir. Bu, Kanada xalqı üçün daha aşağı vergilər və daha yaxşı hərbi müdafiə deməkdir. Heç bir tarif tətbiqi də olmayacaq”.
Araşdırmalar əsasında məlum olur ki, Kanada ABŞ-a birləşməsində o dərəcədə müqavimət göstərməyəcək. Ən azı ona görə ki, Kanada üçün fərq etmir, hansı ölkənin- Böyük Britaniyanın, yoxsa ABŞ-ın bayrağı altında fəaliyyət göstərsin. Əgər nəzərə alınsa ki, ABŞ Kanada əhalisinə daha çox xeyir verə və yaşayışını müsbətə doğru dəyişə bilər, o zaman kanadalılar ABŞ-ın vətəndaşı olmağa etiraz etməyəcəklər. Bir qədər əvvəl ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, bir çox kanadalılar ölkələrinin Birləşmiş Ştatların 51-ci ştatı olmasını dəstəkləyirlər. O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq.
Kanada da rüsvayçı seçki marafonu
Kanadanın ABŞ-nin “51-ci ştatı olması”na əhali etiraz etməsə də, hakimiyyətin bəzi nümayəndələrinin müqavimət göstərdikləri görünür. Ölkənin keçmiş və indiki baş nazirləri Castin Trüdo və Mark Karni Kanadanın heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacağını bildiriblər. Bəzi siyasi şərhçilər isə hər iki siyasətçinin “Kanadanın heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacağını” bildirmələrinin seçki ərəfəsi bir şou olduğunu qeyd edirlər. Nəzərə almaq lazımdır ki, aprelin 28-də Kanada da parlamentə növbədənkənar seçkilər keçirilib. Seçki prosesinə ümumilikdə 20-ə yaxın partiya qatılsa da Mark Karninin rəhbərlik etdiyi Kanadanın Liberal Partiyasının qalib olmaq şansının yüksək olduğu vurğulanır. Çünki bu şəxs seçki marafonun populist vədlərlə qatılıb. Həm də əhaliyə ABŞ-a güc gələcəyini və müstəqil dövlət olaraq yaşamaqda davam edəcəklərinə söz verib. Onun seçicilərlə görüşlərində ABŞ-nin dövlət adamlarını, xüsusilə də D.Trampı açıq formada tənqid və təhqir etməsi sıradan bir söz yığnağı sayıla bilməz. O bu kimi populist fikriləri ilə özünə seçici dəstəyi qazanmağa çalışır. Hər görüşündə insanlar ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları tətbiq etmək təhlükəsinə qarşı mübarizə üçün ona güclü mandat verməyə çağırması Karninin məqsədinin nədən ibarət olduğunu ortaya qoyur: “D.Trampın rüsumları artırmaq və Kanadanı işğal etmək niyyəti böyük təhlükə yaradır və bu, Kanadanın Birləşmiş Ştatlardan asılılığını azaltmalı və iqtisadiyyatını yenidən qurmalı olduğu anlamına gəlir. Bizə güclü mandatı, aydın mandatı olan hökumət lazımdır. Bizə bu ana uyğun planı olan hökumət lazımdır”.
Bütün növ vasitə və üsullardan istifadə edilməsinə baxmayaraq Kanada əhalisi tərəfindən Mark Karni başçılıq etdiyi Kanadanın Liberal Partiyasına qarşı inamsızlıq mövcuddur. Bunu dərk edən M.Karni ənənəvi seçki saxtakarlıqlarından istifadə edib. Kanadalılar daha realist mövqe sərgiləyən “Yeni Demokratlar” və “Kvebek bloku” partiyasına dəstək nümayiş etdirirlər . Bəzi beynəlxalq KİV-lərin, elcə də yerli medianın yaydığı məlumata görə, aprelin 28-i saat 15:30-a qədər “Yeni Demokratlar” və “Kvebek bloku” partiyaları seçici səslərinin 36, 5 və 28, 2 faiz olmaqla seçki marafonuna başçılıq edirlər. Total seçki saxtakarlığı isə saat 15:30-dan sonra start götürüb. Baş nazir M. Karninin sifarişi əsasında ölkə boyu saxtakarlıqlar həyata keçirilməsinə başlanılıb. Etiraz edən, seçki haqlarını tələb edən insanlar polis zopası və su şırnaqları ilə susdurulub. Eduard adası əyalətinin Şarlottaun şəhərində vəziyyətin daha acınacaqlı olduğu bildirilir. Burada seçkilərin saxtalaşdırıldığını görən “Yeni Demokratlar” və “Kvebek bloku” partiyalarının nümayəndələri etiraz səslərini qaldırıblar. Bu zaman hakimiyyətin göstərişlərini yerinə yetirmək üçün təlimat gözləyən polislər etirazçılara qarşı dəyənəklərdən istifadə edib və onları susdurmağa çalışıblar. Qarşıdurma nəticəsində 2 nəfər polis əməkdaşlarından, 17 nəfər isə dinc sakinlərdən olmaqla ümumilikdə 19 nəfər yaralanıb. 50-ə yaxın etirazçı isə zor gücünə polis məntəqələrinə aparılıblar. Verilən məlumatlara görə, seçki saxtakarlıqlarına etirazlar tədricən bütün ölkə ərazisinə yayılmaqdadır. M.Karni vəziyyətin nəzarətdən çıxmaması üçün Daxili İşlər Nazirliyinə və ordu rəhbərliyinə xüsusi göstərişlər verib. Lakin hər cür qabaqlayıcı tədbirlərin təşkil edilməsinə baxmayaraq kanadalıların pozulan seçki hüquqlarını bərpa etmək üçün müdafiəni yaracağı və hökumətin qələmini qıracağı ehtimal olunur. Vəziyyətin qarışmasından istifadən edən ABŞ-ın Kanadaya qoşun yeridəcəyi proqnozlaşdırılır. Bu isə bölgədə həlli mümkün olmayan yeni münaqişənin, hətta müharibə ocağının yaranmasına gətirib çıxaracaq.
İLHAM ƏLİYEV

