Kanada Ukraynaya 3,7 milyard dollar köçürəcək
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Kanada G7-nin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) təşəbbüsü çərçivəsində Ukraynaya 5 milyard Kanada dolları (təxminən 3,7 milyard dollar) ayıracaq. Bu vəsait Rusiyanın dondurulmuş aktivlərindən gəlir və müharibə zamanı Ukraynaya dəstək üçün istifadə olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Baş nazir Denis Şmıqal bildirib.
Qərar G7-nin bu yaxınlarda keçirilən sammitindən sonra qəbul edilib.
Bildirilir ki, burada ölkələr Rusiya Federasiyasının dondurulmuş aktivləri hesabına Ukraynaya maliyyə dəstəyi göstərməyə razılaşıblar.
Şmıqal Kanadanın Baş naziri Castin Trüdoya və Baş nazirin müavini Kristia Frilanda Ukraynaya göstərdikləri ardıcıl dəstəyə görə minnətdarlığını bildirib.
O, qeyd edib ki, Kanada dondurulmuş aktivlərin Ukrayna iqtisadiyyatının xeyrinə istifadəsini dəstəkləyən ilk ölkə olub.
Qeyd edək ki, 2023-cü ilin iyununda irəli sürülən təşəbbüs G7 ölkələrindən Ukrayna üçün ümumilikdə 50 milyard dollar maliyyələşdirməyi nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 05 Noyabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















