Icma.az
close
up
RU
Kanadada 741 mindən çox ailənin mənzil ehtiyacı aradan qaldırılıb

Kanadada 741 mindən çox ailənin mənzil ehtiyacı aradan qaldırılıb

Icma.az bildirir, Apa.az portalına istinadən.


2017-ci ildə başladılan Milli Mənzil Strategiyası vasitəsilə Kanada mənzil sahəsində nəticələrin yaxşılaşdırılması üçün 115 milyard dollardan çox vəsait ayırıb.

APA xəbər verir ki, bunu mənzil, infrastruktur və icmalar nazirinin müavininin baş müşaviri Janet Qouldinq WUF13 çərçivəsində keçirilən “Ətraf mühit cəhətindən davamlı və dözümlü məskunlaşma” adlı panel müzakirəsində deyib.

O bildirib ki, bu strategiya insan hüquqlarına əsaslanan yanaşma üzərində qurulub və adekvat mənzilə çıxışın əmək bazarında iştirakın təməli olduğu, həmçinin təhsil və səhiyyə nəticələrində mühüm rol oynadığı qəbul edilir: "Nəticələr artıq göz önündədir. 741 mindən çox ailənin mənzil ehtiyacı azaldılıb və ya tam aradan qaldırılıb. 195 mindən çox yeni mənzil vahidi yaradılıb. 328 mindən çox ev təmir olunub və 359 mindən çox ictimai mənzil vahidi qorunub saxlanılıb".

O, Kanadanın “Built Canada Homes” adlı yeni federal qurum yaratdığını əlavə edib və bu qurumun geniş miqyasda mənzil təminatını sürətləndirmək məqsədi daşıdığını bildirib: "Onun fəaliyyəti üç əsas istiqamətə fokuslanır. Uzunmüddətli ictimai fayda üçün kifayət qədər istifadə olunmayan dövlət torpaqlarını mənzil tikintisi üçün açmaq, layihənin ilkin planlaşdırılmasından uzunmüddətli əlçatanlığa qədər bütün dövrü əhatə edən çevik maliyyə təmin etmək, mənzillərin daha sürətli və daha səmərəli tikilməsi üçün müasir tikinti metodlarının tətbiqini sürətləndirmək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 May 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri