Icma.az
close
up
RU
Kanak Milli Sosialist Azadlıq Cəbhəsi BMT də Fransaya etiraz bəyanatı yayımlayıb

Kanak Milli Sosialist Azadlıq Cəbhəsi BMT də Fransaya etiraz bəyanatı yayımlayıb

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Kanakinin (Yeni Kaledoniya) müstəqilliyi uğrunda mübarizə aparan Kanak Milli Sosialist Azadlıq Cəbhəsi (KMSAC) BMT-nin Nyu-Yorkdakı qərargah binasında növbəti dəfə Fransaya qarşı etiraz bəyanatı yayımlayıb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, ABŞ bürosuna açıqlamasında KMSAC-nin nümayəndəsi, qurumun prezidentini təmsil edən Oriyan Tçolu deyib.

O.Tçolu bildirib ki, Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq KMSAC nümayəndələri BMT-nin Dekolonizasiya üzrə Birinci Komissiyasının iclasında çıxış edərək Kanakinin vəziyyəti ilə bağlı mövqeyini təqdim ediblər:

"Biz vahid bəyanatımızı simvolik tarixdə - 24 sentyabr 2025-ci ildə elan etmişik. Bu tarix Yeni Kaledoniyanın Fransa tərəfindən müstəmləkələşdirilməsinin başlanğıc tarixinə - 24 sentyabr 1853-cü ilə təsadüf edir. Bu bəyanatı KMSAC-nin prezidenti Kristian Teyinin rəhbərliyi ilə protestant kilsəsinin nümayəndələri, antikolonializm assosiasiyası və KMSAC üzvləri ilə birlikdə ictimaiyyətə təqdim etdik".

KMSAC nümayəndəsi bildirib ki, bəyanatda ölkənin tam suverenliyinə nail olmaq öhdəliyi bəyan edilib və bu, idarəçi dövlətlə aparılan danışıqlar çərçivəsində həyata keçiriləcək:

"Biz həmçinin 2025-ci ilin noyabr ayına qədər əyalət seçkilərinin keçirilməsinin vacibliyini vurğulayırıq ki, xalqın nümayəndələrinin legitimliyi bərpa olunsun".

"Biz inklüziv, həmrəy və davamlı sosial layihənin inkişafı üçün şərait yaratmaq öhdəliyini də üzərimizə götürürük. Bu layihə həm adət-ənənə legitimliyini, həm də yerli rəhbərlərin suverenliyini, vətəndaş cəmiyyətini, dini və adət-ənənə rəhbərlərini nəzərə almalıdır. Biz həmçinin ölkənin firavanlığına, inkişafına və Sakit okean regionunda uzunmüddətli sabitliyə töhfə vermək üçün milli birliyin təməlini qoymaq öhdəliyimizi bildiririk. Biz elan edirik ki, müstəqillik üçün lazım olan şərtlər yerinə yetirildikdə 2027-ci il prezident seçkilərindən əvvəlki son gün müstəqillik rəsmi şəkildə bəyan ediləcəkdir. Biz bu bəyanatın imzalanmasında iştirak edən və onun istiqamətini bölüşən təşkilatlarla birgə fəaliyyətimizi davam etdirməyə sadiqik", - Oriyan Tçolu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Oktyabr 2025 02:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see141

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see125

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see121

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

NATO müharibənin bitmə tarixini AÇIQLADI

26 Noyabr 2025 15:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri