“Kanal 13”ün rəhbərinə elan olunan ittihamlardan birinə xitam verilib Vəkil açıqladı
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucova elan olunan ittihamlardan biri götürülüb.
Mia.az-ın məlumatına görə, vəkil Bəhruz Bayramov APA-ya bildirib ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə elan olunan ittihama xitam verilib.
Qeyd edək ki, Əziz Orucovla bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib və hakim Günel Səmədovanın icraatına verilib.
Ə. Orucov hazırda Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 13 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















