Icma.az
close
up
RU
Kanal rəhbərinin vəsatətləri təmin olunmayıb

Kanal rəhbərinin vəsatətləri təmin olunmayıb

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Noyarın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-11" YouTube resursunun rəhbəri Teymur Kərimovun işi üzrə proses davam edib.
Reyting.az
-ın məlumatına görə, iclasda vəkil Nemət Kərimli 3 vəsatətlə çıxış edib. Müdafiə tərəfi xüsusən zərərçəkmiş Fərrux Ələkbərovun yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.
Kərimli bildirib ki, bundan əvvəl zərərçəkmiş şəxs əvvəlcə vəkilin və təqsirləndirilən şəxsin suallarına cavab verməkdən nümayişkaranə şəkildə imtina edib, müdafiə tərəfin etirazlarından sonra isə hakimin "təlqini" ilə hal və şərtləri "xatırlamadığına" istinad etməyə başlayıb.
Bununla əlaqədar olaraq vəkil zərərçəkmişin həqiqətən yaddaş problemlərinin olub-olmadığını yoxlamaq üçün məhkəmə-tibb ekspertizası keçirilməsi barədə vəsatət qaldırıb.
Daha bir vəsatət qanunun tələbləri pozulmaqla hazırlanan bir sıra sənədlərin iş materiallarından çıxarılması zərurəti ilə bağlı olub.
Lakin məhkəmə heç bir vəsatəti təmin etməyib və növbəti iclası noyabrın 25-nə təyin edib.
Xatırladaq ki, Teymur Kərimov 2023-cü ilin dekabrında CM-in 182.2.2 (hədə-qorxu yolu ilə tələb etmə, təkrar törədildikdə), 182.2.4 (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 182.2.1-ci (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham edilərək həbs olunub. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.(Turan)

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri