Kanaldan meyiti tapılan şəxsin oğlu da fəciəli şəkildə ölüb
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
İsmayıllı rayonunun Tircan kənd ərazisində kişi meyiti tapılıb.
Milli.Az xəbər verir ki, meyiti tapılan şəxsin 1955-ci il təvəllüdlü İsmayıllı rayon Tircan kənd sakini Misirxan Nəsirov olduğu bildirilib.
Meyit kəndin su keçidində aşkarlanıb.
Qeyd edək ki, meyiti tapılan şəxsin psixoloji problemləri olduğu vurğulanır.
***
Tircan kəndində su kanalından meyiti tapılan şəxs neçə gün idi ki yoxa çıxmışdı.
Bu barədə oxu.az-a kənd sakini məlumat verib.
"Misirxanın bir oğlu, bir qızı vardı. Bir neçə il əvvəl oğlu təxminən 22-23 yaşında arı sancması nəticəsində həyatını itirdi. Oğlanın allergiyası olduğuna görə arı sancması onun həyatına son qoydu. Qızı da ailəlidir. Misirxanın əvvəldən də əqli geriliyi var idi, amma oğlu rəhmətə gedəndən sonra vəziyyəti bir az da ağırlaşmışdı. Dünən axşam meyiti tapılıb. Hazırda məsciddədir. Az sonra dəfn olunacaq", - deyə sakin bildirib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 12 Aprel 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















