Kanalizasiya lyukunun qapağı oğurlandı, qurum həmin gecə təmin etdi VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın bəzi küçə və prospektlərində yol infrastrukturunda yaranan nasazlıqlarla bağlı şikayətlər artır. Avtosfer.az xəbər verir ki, belə hallardan biri də vətəndaşın üzləşdiyi ciddi təhlükə ilə bağlıdır.Yasamal rayonu Heydər Hüseynov küçəsində yolun ortasında yerləşən kanalizasiya quyusunun qapağı yoxdur. Bu vəziyyət nəqliyyat axınına mane olub. Sürücülər ani olaraq quyuya düşmə riski ilə üz-üzə qalıb, bu səbəbdən də həmin sahədən keçən nəqliyyat vasitələrinin hərəkəti ləngiyib.
Hadisənin günorta vaxtı baş verdiyini və kimsə tərəfindən söküldüyü ehtimal olunur. Əgər ərazidə quyunun qapaq yoxluğu uzun müddət davam edərsə, həmin hissəsində təhlükələr və qəzalar artacaq.
Xüsusilə gecə saatlarında qapaqsız quyu daha təhlükəli olur, çünki işıqlandırma zəif olduğu hallarda sürücülərin bunu vaxtında görməsi çətinləşir.
Şikayətçi sürücü hadisəni qeydə alaraq sosial şəbəkələrdə paylaşıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Agentliyinə sorğu ünvanladıq. Qurumdan Avtosfer.az-a bildirilib ki, hadisə 09.12.2025-ci ildə baş verib. Yasamal Sukanal İdarəsinin əməkdaşları quyunu yeni qapaqla təmin ediblər.
Nurcan Babək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 11 Dekabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















