Kanalizasiyaya düşüb ölən Cümşüdə görə sahə rəisi məsuliyyətə cəlb edildi
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Baksol" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək həlak olan 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı açılmış cinayət işinin istintaqı yekunlaşıb.
Milli.Az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə hadisə ilə əlaqədar Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətləri üzrə qəza-bərpa sahəsinin rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb olunub.
Rəis həbs edilməyib, lakin məhkəməyə qədər onun barəsində "başqa yerə getməmək" qətimkan tədbiri tətbiq edilib.
İstintaq materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Gültəkin Əsədova tərəfindən araşdırılacaq.
Qeyd edək ki, Cümşüd Cümşüdlünün meyiti Suraxanı rayonu, Hövsan qəsəbəsindəki kanalizasiya təmizləmə anbarında tapılmışdı. O, ailənin yeganə övladı idi.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 20 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















