Kandido: “Hər kəs qələbə qazanmaq gücündədir”
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının XI turunun “İmişli” – “Sumqayıt” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Filipe Kandido jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Bugünkü gününə qədər ancaq “Qarabağ” və “Neftçi” bu meydanda qələbə qazana bilib. Turnir cədvəlinə də nəzər salsaq, bizim üçün vacib oyun oldu. Düşünürəm ki, rəqibdən yaxşı oynadıq, amma qələbə üçün bəs etmədi. 90 dəqiqə ərzində bundan da çox epizod yarada bilərdik. “İmişli”nin də imkanları var idi. Buna baxmayaraq, qapını toxunulmaz saxlamağımız da önəmli idi. Fasilədən sonra qol vurduq, amma cüzi məsafədə ofsayd qeydə alındı. Son üç oyunda uduzmamışıq.
– Kehat nə üçün çox oyun şansı qazanmır?
– Ağır zədədən qayıdıb. Çalışırıq ki, getdikcə əvvəlki formasına qayıtsın.
– Komanda “altılıq”dan uzaqlaşır. Bu, sizi narahat etmir?
– Düşünürəm ki, çempionatdakı bütün rəqiblər bir-birinə babdır. Hər kəs qələbə qazanmaq gücündədir. İndiki vəziyyət bizi narahat edir, amma gəlin baxaq, ötən ilin əvvəlində komanda harda idi, sonda harda oldu.
– İmani Barker nə üçün hücumçu kimi oynayır?
– Hücumçularımız zədəlidir. İmaninin müəyyən bacarıqları var, düşündük ki, son dəqiqələrdə irəlidə aktivlik yarada bilər. Ancaq sanki komanda yoldaşları onu başa düşmürdü.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 08 Noyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















