Kapadokiyalı qədim sənətkarın sirri: 2200 illik barmaq izləri tapıldı (FOTOLAR)
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Türkiyənin Kapadokiya bölgəsində kurqan qazıntısı zamanı edilən kəşf alimlər tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, tapılan məzar otağındakı suvaqda 2200 il əvvələ aid barmaq izləri aşkarlanıb.
Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nevşehir Muzeyindən xəbər verilib.
Bildirilir ki, bu, Kapadokiya bölgəsində aparılan ilk elmi qazıntıdır.
"Görülən arxeoloji işlər zamanı bir məzar otağı ilə qarşılaşdıq. Söhbət kvadrat və piramida formalı bir tikilidən gedir. Tikintinin xarici fasadının suvaqlı olduğunu müəyyən etdik. Burada isə 2200 il əvvəl bu suvağı hazırlayan ustanın barmaq izlərini aşkarladıq", - deyə muzeyin mütəxəssisləri bildiriblər.
Tapılan məzar otağının son ellinizm - Erkən Roma dövrünə aid olduğu vurğulanıb.
"Məzar Antik dövrdə dağıdılıb. Suvaq həmin məzarın ikinci dəfə istifadə edildiyini göstərir. Bu, kurqanlarda rast gəlinən nadir nümunələrdən biridir", - deyə məlumatda qeyd olunub.

Bu mövzuda digər xəbərlər:Kapadokiyalı qədim sənətkarın sirri: 2200 illik barmaq izləri tapıldı FOTOlar
10 Noyabr 2024 16:21
Kapadokiyalı qədim sənətkarın sirri: 2200 illik barmaq izləri tapıldı
10 Noyabr 2024 06:42
Alimlər Marsda qədim göl izləri aşkarlayıblar FOTOLAR
16 Yanvar 2025 16:28
Neandertal sənətkarın əsəri: 43 min illik barmaq izinin sirri açıldı
28 May 2025 03:37
Polşada qədim adamyeyənlərin izləri tapıldı
09 Fevral 2025 20:00
Baxış sayı:80
Bu xəbər 10 Noyabr 2024 09:10 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları