Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyə Respublikasında Kapadokya Universitetinin tərəfdaşlığı ilə “Kapadokyadan dünyaya: sağlamlıq, elm və ticarət körpüsü” mövzusunda Beynəlxalq Kapadokya Səhiyyə Turizmi Sammiti keçirilib.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və Xarici İşlər Nazirliyinin müraciəti, Dövlət Turizm Agentliyin dəstəyi əsasında baş tutan mötəbər beynəlxalq platformada ölkəmizi Azərbaycan Turizm və Menecment Universitetinin turizm işi kafedrasının müdiri dosent Hafiz Hüseynov təmsil edib.
Sammit çərçivəsində ATMU təmsilçisi “Azərbaycanda müalicə sağlamlıq turizmi: Təbiət və müalicənin mərkəzi” mövzusunda geniş məruzə ilə çıxış edərək Azərbaycanın zəngin müalicə-sağlamlıq turizmi potensialını beynəlxalq auditoriyanın diqqətinə çatdırıb. Məruzədə ölkəmizin daxili turizm xəritəsində xüsusi çəkiyə malik olan Naftalan nefti və onun unikal müalicəvi xüsusiyyətləri, Duzdağ təbii duz mağaraları termal və speleoterapiya mərkəzi, İstisu termal su mənbələri və kurort imkanları, eləcə də Qalaaltı və Naxçıvanın digər reabilitasiya-sağlamlıq mərkəzlərinin imkanları geniş şəkildə elmi təqdim olunub. Çıxış zamanı həmin bölgələrin mövcud tibbi-turizm infrastrukturu və xarici turistlər üçün yaradılan reabilitasiya şəraiti barədə ətraflı məlumat verilib.
ATMU-nun mətbuat xidmətindən bildiriblər ki, tədbir çərçivəsində keçirilən görüşlər və təqdim olunan məruzə Azərbaycanın reabilitasiya və səhiyyə turizmi potensialının beynəlxalq müstəvidə tanıtımı, həmçinin xarici tərəfdaşlarla təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Z.HÜSEYNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:319
Bu xəbər 21 Sentyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















