Icma.az
close
up
RU
Kapital Bank bankomatları ilə bağlı “5” manatlıq İDDİA: “ATM”lərdə xırda əskinaslar yoxa çıxıb? RƏSMİ CAVAB KONKRET

Kapital Bank bankomatları ilə bağlı “5” manatlıq İDDİA: “ATM”lərdə xırda əskinaslar yoxa çıxıb? RƏSMİ CAVAB KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son bir neçə gündür ki, “Kapital Bank”a məxsus bankomatlarda 5 manatlıq əskinasların olmadığına dair vətəndaşlar tərəfindən iddialar səsləndirilir.

KONKRET.az-ın redaksiyasına müraciət edən vətəndaşlar həm Sumqayıt şəhərinin, həm də Bakıın müxtəlif ərazilərində banka məxsus bankomatlardan 5 manatlıq əskinasları çıxara bilmədiklərini deyirlər. Həta vətəndaşların iddiasına görə, bu, pensiya ödənişlərindən sonra bəzi bankomatlarda xırda əskinasların olmaması ilə əlaqədardır.

Kartındakı 5 manat pulu bankomatdan çıxara bilməyən Kapital Bank müştəriləri bundan narahatlıqlarını bildirir və mövcud vəziyyətin həllini xahiş edirlər.

Məsələ ilə bağlı KONKRET.az-ın sorğusunu cavablandıran “Kapital Bank”ın mətbuat katibi Arzu Əliyeva bildirib ki, hazırda paytaxt Bakı və regionlar da daxil olmaqla ölkə ərazisində 1200-ə yaxın Kapital Bank və Birbank bankomatı müştərilərə xidmət göstərir:

“Həmin bankomatlara mütəmadi texniki baxış keçirilir və dövriyyələri nəzarətdə saxlanılır. Qeyd edək ki, ATM-lərə dövriyyələrinə görə nominal təyin edilir və inkasassiya olunur. Mövcud ATM parkımızda 1,5,10,20,50,100,200 manatlıq əsginaslar üzrə inkasassiya olunan ATM-lər var. Sorğunuza əsasən qeyd etdiyiniz ərazilərdə xidmət alan müştərilərimizdən vəsait və ya nominal çatışmazlığı ilə bağlı şikayət almamışıq. Bu mövzuda hər hansı narahatlığı olan vətəndaşlarımız 196 Sorğu Mərkəzinə müraciət edə bilərlər”.

Bank sözçüsü bununla bağlı birbaşa Kapital Banka müraciət etməyi məsləhət görür. Ümid edirik ki, vətəndaş müraciəti daxil olduqdan sonra daha detallı araşdırılma aparılacaq və əgər müştərilərin iddia etdikləri kimi problem varsa, dərhal həll olunacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Mart 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri