“Kapital Bank” öz ATM lərində nağdlaşdırmaya görə komissiya tutacaq?
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Birbank” istifadəçilərinə göndərilən bildirişdə 27 noyabrdan etibarən “Kapital Bank” ATM-lərindən nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatları üçün 1% komissiya tətbiq ediləcəyi açıqlanıb. Bu qərar sosial şəbəkələrdə narazılığa səbəb olub.
İstifadəçilər hesab edirlər ki, bankın öz müştərisindən, həm də özünə məxsus ATM-lərdən pul çıxarmağa görə, komissiya tutması düzgün deyil.
Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq “Kapital Bank”dan bildirilib ki, komissiyasız aylıq nağdlaşdırma və köçürmə limiti müştərilərin maliyyə davranışına əsasən fərdi qaydada müəyyən olunur.
Bankdan qeyd edilib:
“27.11.2025-ci il tarixindən etibarən bəzi müştəri qruplarında “Birbank”a məxsus bankomatlardan nağdlaşdırma və “Birbank” kartlarından digər ölkədaxili bank kartlarına köçürmələr üçün əvvəl mövcud olan komissiyasız məxaric limiti ləğv ediləcək. Bu əməliyyatlar üzrə tətbiq olunacaq yeni komissiya: 1% (minimum 1 AZN/USD/EUR). Lakin “Birbank” kartlarından şəxsi vəsaitinizi “Birbank” (Kapital Bank) kartına köçürmə zamanı məxaric olunan kartdan komissiya tutulmur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 Noyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















