Icma.az
close
up
RU
Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Ölkənin birinci bankı Kapital Bank pərakəndə bankçılıq bazarındakı liderliyini bir daha təsdiqləyərək beynəlxalq “World Economic Magazine 2024 Awards”-ın “Azərbaycanın ən yaxşı kredit kartı xidmətlərinin təminatçısı-2024” və “Azərbaycanın ən yaxşı pərakəndə bankı-2024” mükafatlarına layiq görülüb.

“Azərbaycanın ən yaxşı pərakəndə bankı-2024” adına layiq görülən bank ölkə üzrə  geniş filial və partnyor şəbəkəsinə malik olmaqla yanaşı, bazarda lider mövqeyini bir sıra mühüm göstəricilərlə sərgiləyir. İnnovativ məhsullar və dayanıqlı maliyyə həlləri təqdim edən bankın hazırda nağd pul krediti üzrə portfeli 2.19 milyard manat, kredit kartları üzrə portfeli isə təxminən 688.03 milyon manat təşkil edir.

Bank “Azərbaycanın ən yaxşı kredit kartı xidmətlərinin təminatçısı 2024” mükafatını cari ilin oktyabr ayında müştərilərə təqdim etdiyi Birbank Star kartı ilə qazanıb. “Birbank Star ilə sənə olar” şüarı altında təqdim edilən kart, kredit kartlarının ənənəvi şərtlərindən tamamilə uzaq, sadə və rahat maliyyə məhsuludur. Qeyd edək ki, Birbank Star-ı minimum 500 manat, maksimum 30 000 manatadək məbləğlə əldə edə etmək mümkündür. Üstəlik digər bankların bankomatlarında nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatlarında heç bir faiz və komissiya tətbiq edilmir. Ödəniş şərtləri isə olduqca sadədir. İstifadə edilən məbləğ ayın sonuncu gününədək karta qaytarılmalıdır. Vaxtında edilməyən ödənişlər üçün hər 500 manat məbləğə görə 10 manat xidmət haqqı ödənilir.

Kapital Bank 5 milyondan çox müştərisinin müxtəlif ehtiyaclarına uyğun fərqli həllər təklif edərək, hər kəsin güvənli maliyyə tərəfdaşı kimi çıxış edir. 2024-cü ili mükafatlarla dolu bir il olaraq davam etdirən bank bu nailiyyətləri ilə ölkənin maliyyə sektorundakı lider mövqeyini bir daha təsdiqləyir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see253

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see215

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see213

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see200

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see182

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see146

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see141

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see132

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see130

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see128

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see127

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see126

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see126

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see125

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see124

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri