Icma.az
close
up
RU
Kapital Bankın COP29 gündəliyi: Yaşıl gələcək üçün yeni perspektivlər yaratmağa davam edirik

Kapital Bankın COP29 gündəliyi: Yaşıl gələcək üçün yeni perspektivlər yaratmağa davam edirik

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İqlim dəyişikliyi ilə mübarizə məqsədi daşıyan, dünya liderləri, alim və mütəxəssisləri bir araya gətirən ən vacib qlobal tədbirlərdən biri, BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı COP29 uğurla davam edir. "Kapital Bank" ASC konfransda "Paşa Holdinq" MMC-nin nümayəndə heyətinin tərkibində iştirak edir. Tədbirin "Yaşıl zona" hissəsində "Kapital Bank"a məxsus stend qurulub. Stenddə bankın rəsmi nümayəndələri iştirakçılarla fikir mübadiləsi aparır, təcrübələrini bölüşür, qonaqların suallarını cavablandırırlar.

Eyni zamanda bankın rəsmi nümayəndələri təşkil edilən panellərdə aktiv olaraq iştirak edirlər. Ötən gün "Kapital Bank"ın təşkilatçılığı ilə “Azərbaycanda Dayanıqlı KOS mühiti” mövzusunda panel müzakirəsi baş tutub. “Deloitte Azərbaycan”ın Vergi və Hüquq Praktikasının rəhbəri Nuran Kərimovun moderatorluğu ilə keçirilən müzakirədə "Kapital Bank"ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, "PAŞA Bank" ASC-nin Korporativ və İnstitusional Bankçılıq sahəsinin lideri Fərid Quliyev, BİOROPEAN MMC-nin direktoru Emin İlyas iştirak edib. Panel zamanı yeni ideyalar, sahibkarların problemləri, çıxış yolları, bu istiqamətdə dövlət və özəl tərəfdaşlığı kimi məqamlar müzakirə edilib. Çıxışında yaşıl iqtisadiyyatı dəstəkləyən ideyaların maliyyələşdirilməsinə toxunan Fərid Hidayətzadə bu mövzudakı perspektivlərdən danışıb.

Bu gün isə bankın F.Hüseynov “Dayanıqlı rəqəmsallaşma” mövzusunda keçirilən panelə spiker olaraq qatılıb. O, rəqəmsallaşma mövzusunda "Kapital Bank"ın təcrübəsini və şəxsi yanaşmasını iştirakçılarla bölüşüb. “Rəqəmsal transformasiyaya keçid perspektivindən baxdıqda hər bir şirkətin bəlli bir strategiyası və məsələyə individual yanaşması olmalıdır. Burada vacib olan dayanıqlılıq prinsipinin həm biznesin inkişafına xidmət etməsi, həm də təbiətə fayda verməsini təmin etməkdir. Bu istiqamətdə edilən investisiyalar və təşəbbüslər müştərilərlə yanaşı, ətraf mühitə də xidmət etməlidir. Vacib olan bu balansı doğru idarə edə bilməkdir”.

“Dayanıqlı rəqəmsallaşma” mövzusunda keçirilən daha bir paneldə isə "Kapital Bank"ın Ödəniş Sistemləri ofisinin lideri Zakir Xanməmmədov spiker qismində iştirak edib. O, çıxışında verilənlərin analitikası, bankın tətbiq etdiyi rəqəmsal həllər, bu həllərin ekologiyaya qatqısı kimi məqamlara toxunub.

Bu tarixi konfransın iştirakçısı olmaq istəyən hər kəs iticket.az saytından ödənişsiz olaraq bilet əldə edərək tədbirdə iştirak edə bilər.

Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Noyabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see157

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see142

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see127

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see124

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see121

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see118

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see116

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see115

Finlandiya Polşa matçı yarımçıq dayandırılıb

11 İyun 2025 01:00see115

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see115

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see114

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see114

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see114

Gəncədə minik maşınları toqquşub

11 İyun 2025 00:22see113

Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET

11 İyun 2025 09:05see113

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see112

Rusiya ərzaq böhranı ilə üzləşib..?

11 İyun 2025 00:04see112

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

11 İyun 2025 00:41see112

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri