Icma.az
close
up
RU
Kapital Bankın COP29 gündəliyi: Yaşıl gələcək üçün yeni perspektivlər yaratmağa davam edirik

Kapital Bankın COP29 gündəliyi: Yaşıl gələcək üçün yeni perspektivlər yaratmağa davam edirik

Icma.az bildirir, Metbuat portalına istinadən.

İqlim dəyişikliyi ilə mübarizə məqsədi daşıyan, dünya liderləri, alim və mütəxəssisləri bir araya gətirən ən vacib qlobal tədbirlərdən biri, BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı COP29 uğurla davam edir. Ölkənin birinci bankı Kapital Bank konfransda Paşa Holding nümayəndə heyətinin tərkibində iştirak edir. Tədbirin Yaşıl zona hissəsində Kapital Bank-a məxsus stend qurulub. Stenddə bankın rəsmi nümayəndələri iştirakçılarla fikir mübadiləsi aparır, təcrübələrini bölüşür, qonaqların suallarını cavablandırırlar.

Eyni zamanda bankın rəsmi nümayəndələri təşkil edilən panellərdə aktiv olaraq iştirak edirlər. Ötən gün Kapital Bank-ın təşkilatçılığı ilə “Azərbaycanda Dayanıqlı KOS mühiti” mövzusunda panel müzakirəsi baş tutub. “Deloitte Azərbaycan”-ınVergi və Hüquq Praktikasının rəhbəri Nuran Kərimovun moderatorluğu ilə keçirilən müzakirədə Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Paşa Bank-ın Korporativ və İnstitusional Bankçılıq sahəsinin lideri Fərid Quliyev, “BİOROPEAN MMC”-nin direktoru Emin İlyas iştirak edib. Panel zamanı yeni ideyalar, sahibkarların problemləri, çıxış yolları, bu istiqamətdə dövlət və özəl tərəfdaşlığı kimi məqamlar müzakirə edilib. Çıxışında yaşıl iqtisadiyyatı dəstəkləyən ideyaların maliyyələşdirilməsinə toxunan Fərid Hidayətzadə bu mövzudakı perspektivlərdən danışıb.

Bu gün isə bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov “Dayanıqlı rəqəmsallaşma” mövzusunda keçirilən panelə spiker olaraq qatılıb. O, rəqəmsallaşma mövzusunda Kapiatl Bank-ın təcrübəsini və şəxsi yanaşmasını iştirakçılarla bölüşüb. “Rəqəmsal transformasiyaya keçid perspektivindən baxdıqda hər bir şirkətin bəlli bir strategiyası və məsələyə individual yanaşması olmalıdır. Burada vacib olan dayanıqlılıq prinsipinin həm biznesin inkişafına xidmət etməsi, həm də təbiətə fayda verməsini təmin etməkdir. Bu istiqamətdə edilən investisiyalar və təşəbbüslər müştərilərlə yanaşı, ətraf mühitə də xidmət etməlidir. Vacib olan bu balansı doğru idarə edə bilməkdir”.

“Dayanıqlı rəqəmsallaşma” mövzusunda keçirilən daha bir paneldə isə Kapital Bank-ın Ödəniş Sistemləri ofisinin lideri Zakir Xanməmmədov spiker qismində iştirak edib. O, çıxışında verilənlərin analitikası, bankın tətbiq etdiyi rəqəmsal həllər, bu həllərin ekologiyaya qatqısı kimi məqamlara toxunub.

Bu tarixi konfransın iştirakçısı olmaq istəyən hər kəs iticket.az saytından ödənişsiz olaraq bilet əldə edərək tədbirdə iştirak edə bilər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 16 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri