Icma.az
close
up
RU
Kapital Bankın yeni qanunsuzluq variantları

Kapital Bankın yeni qanunsuzluq variantları

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


"Yaxın oturun sizə ölkənin 2-ci ən böyük bankı olan Kapital Bankın yeni pul qazanmaq metodundan danışım. Mən onların qanunsuzluqlarından yazmaqdan yoruldum, amma onlar müştəriləri aldatmaqdan yorulmadılar. Hər dəfə də yeni metodlarını kəşf edirəm. Bunlar hələ öz başıma gələnlərdir, görün xəbərim olmayan nə qədər mexanizmlər mövcuddur".


Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı Samir Əliyev səsləndirib.


"Deməli, bu bankın tətbiqində digər banklarda olduğu kimi istədiyin vəsaiti bir hesabdan (A-dan) digər hesaba (B-yə), bir kartdan (A-dan) digər karta (B-yə) pul vəsaiti köçürtmək funksiyası var. Bu köçürtmələrə görə hesabların və kartların təyinatından asılı olaraq komission haqq tələb oluna da bilər, olunmaya da bilər. Burası normaldır, hətta əladır.

Normal olmayanı bilirsiz nədir? A kartından A kartına, yəni özünə pul köçürməyə görə müştəridən komission haqq tutmaq və üstəlik buna görə gündəlik faiz tətbiq etmək. Bu həqiqətən də anormallıq və müştəridən haqsız pul qopartmaqdır.

Problemi izah edim. Kapital Bankın məhsulu olan Birbank-ın debet və kredit olmaqla iki kartdan istifadə edirəm. Özlərinin tövsiyəsinə görə, kredit kartındakı güzəştli müddətləri düzgün idarə etmək üçün vəsaiti əvvəlcə debet kartına, sonra isə kredit kartına köçürürəm. Ancaq keçən dəfə debet kartından kredit kartına köçürtmək əvəzinə səhvən kredit kartından özünə köçürtmə etmişəm. Nəticədə 50 manatdan 4% (2 manat) komissiya çıxıblar və gündəlik 5 qəpik (illik 35%) olmaqla faiz tətbiq etməyə başlayıblar. Yəni kredit kartından başqa karta yox, məhz özünə köçürtmüşəm. Belə çıxır ki, həmin vəsaiti nağdılaşdırmışam. Bu ona oxşayır ki, sahibkar (VÖEN) hesabımdan cari hesabə əvəzinə səhvən həmin sahibkar hesabıma pul köçürürəm və dövlət məndən təkrar vergi, bank isə nağdılaşdırma vergisi tutur.

Bank təmsilçisindən soruşuram ki, niyə siz icazə verirsiniz ki, mən eyni kart arasında köçürtmə edim? Axı bunu qadağan etmək çətin deyil? Cavab verir ki, təklifinizi nəzərə aldıq gələcəkdə bununla bağlı tədbir görüləcək. Bəs mənim itkilərim, onların taleyi necə olacaq? sualı təbii ki cavab qaldı. Məsələ 2 manatlıq komissiyada və ona hesablanmış gündəlik 5 qəpikdən deyil. Məsələ müştəriyə göstərilən xidmətin keyfiyyətinin aşağı olmasında və yüzminlərlə analoji hallardan qazanılan haqqedilməyən pullardadır.

Keçən dəfə yazmışdım və bu dəfə bir daha təkrar etməyə məcburam. Azərbaycanda maliyyə xidmətləri alan geniş əhali kütləsi faktiki olaraq müdafiədən kənarda qalıb. Onların hüquqları kütləvi şəkildə pozulur. Bu hüquqları müdafiə edən mexanizmlər isə yox səviyyəsindədir. Əhalinin maliyyə savadsızlığının aşağı olmasından istifadə edən kredit təşkilatları, xüsusən də banklar onları aldadır, səhv və yarımçıq məlumat verməklə onları kredit bataqlığına salırlar. Oturub havadan müqavilə tərtib edirlər və sonra işləri çətinə düşəndə həmin müqaviləni əllərində bayraq edirlər. Bank mağaza deyil ki, istədiyi standartı, yanaşmanı müştəriyə tətbiq etsin. Bu təşkilatlar lisenziya əsasında fəaliyyət göstərirlər. Onların ölkə və əhali qarşısında məsuliyyətləri var. Təəssüf ki, tənzimləyici qurum olan Mərkəzi Bank ən yaxşı halda seyirçi mövqedə durur, konkret tədbirlər görməyə tələsmir".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Aprel 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri