COP18 ə ev sahibliyi edəcək ölkə bilindi
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-nin yekun plenar iclasında keçirilmiş gizli səsvermənin nəticələrinə əsasən təsdiqlənib.
"COP17-nin bağlanış plenar iclasında iştirakçıların gizli səsverməsi prosesində Ekvador Respublikası Bioloji Müxtəliflik üzrə Konvensiyanın 18-ci Tərəflər Konfransının (COP18) ev sahibi kimi seçilib", - deyə A.Matevosyan qeyd edib.
Konfransın sonuncu günündə çıxış edən nazir onu da bildirib ki, COP17-nin fəaliyyətinin yekunlarına dair 50-yə qədər qərar qəbul edilib.
Xatırladaq ki, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası oktyabr ayının 19-dan 30-dək İrəvan şəhərində keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 31 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















