Seçkilərdə uduzan Bolsonaro ABŞ yə niyə qaçdığını açıqladı
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Braziliyada prezidentliyə keçmiş namizəd, senator Flavio Bolsonaro ölkəsində siyasi təqibdən yayınmaq üçün ABŞ-yə getdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, bazar günü keçirilən seçkilərin ikinci turunda prezident Luis İnasio Lula da Silvaya məğlub olan senator çərşənbə axşamı ölkəni gizli şəkildə tərk edib. O, Argentina və Ekvadora səfər etdikdən sonra çərşənbə günü şəxsi təyyarə ilə Floridaya çatıb.
“Haqqımda təqiblər gözlədiyimdən də tez başladı”, – deyə Bolsonaro “Instagram”da canlı yayım zamanı bildirib. Onun sözlərinə görə, Braziliya pasportlarının çirkli pulların yuyulması işi çərçivəsində etibarsız sayıldığını öyrəndikdən sonra ölkəni tərk etmək qərarına gəlib.
Senator bildirib ki, bazar ertəsi polis ona sənədlərinin etibarsız sayılması barədə məlumat verib. Həmin vaxt o, ev dustaqlığında olan atası, keçmiş prezident Jair Bolsonaroya baş çəkdikdən sonra geri qayıdırmış. Flavio Bolsonaronun sözlərinə görə, atası göz yaşları içində ondan baş verənlərin hara aparıb çıxaracağını anlayıb-anlamadığını soruşub. Senator isə artıq nə etməli olduğunu bildiyini söyləyib.
O, ölkədən necə getdiyinin təfərrüatlarını açıqlamayıb. Qərarı həyat yoldaşı ilə birlikdə, heç kimə xəbər vermədən qəbul etdiyini bildirib və baş verənlərə görə digər şəxslərin günahlandırılmamasına çağırıb.
Senatorun ölkədən getməsi ABŞ və Argentinanın bu prosesdə mümkün rolu ilə bağlı suallar yaradıb. Hər iki ölkənin prezidentləri Donald Tramp və Xavyer Miley Bolsonaroya hansı yardımı göstərə biləcəkləri ilə bağlı izahat vermələri üçün təzyiqlərlə üzləşiblər.
Bolsonaro Braziliya Ali Məhkəməsinin hakimi Aleşandri di Moraisi ona qarşı saxta ittihamlar irəli sürməkdə günahlandırıb. O, seçkilərin ikinci turunun ədalətliliyini də şübhə altına alaraq, iddia edilən pozuntuları VAR sistemi tərəfindən qeydə alınmayan əllə vurulmuş futbol qolları ilə müqayisə edib. Bununla belə, senator iddialarını təsdiqləyən konkret sübutlar təqdim etməyib.
Bolsonaro Lula da Silvanın hakimiyyəti davam etdirəcəyi təqdirdə Braziliyada iqtisadi çöküş yaşanacağını proqnozlaşdırıb. O, yenidən prezidentliyə namizəd olmaq niyyətində olduğunu da açıqlayıb. Senatorun sözlərinə görə, söhbət 2030-cu il seçkilərindən deyil, daha erkən tarixdən gedir.
Bu mövzuda digər xəbərlər:CNN: Bolsonaro seçkilərdə məğlub olduqdan sonra ailəsi ilə ABŞ a qaçıb
27 Oktyabr 2026 22:32
Bolsonaro həbs edildi
22 Noyabr 2025 15:49
Bolsonaro Braziliyanı tərk etdi
28 Oktyabr 2026 01:16
Bolsonaro əməliyyatdan sonra reanimasiyadan köçürülüb
01 May 2025 09:44
Bolsonaro: “Braziliyada solçu dövrü bitdi”
05 Oktyabr 2026 17:13
Baxış sayı:140
Bu xəbər 31 Oktyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















