Icma.az
close
up
RU
Kapital qoyuluşunda zəruri olan amillər AÇIQLAMA

Kapital qoyuluşunda zəruri olan amillər AÇIQLAMA

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İstənilən sahəyə investisiya qoyuluşu planlı və məqsədyönlü şəkildə həyata keçirilməlidir.

Banco.az xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki,

kapital qoyuluşu planlaşdırılarkən yalnız maliyyə və iqtisadi aspektlər deyil, həm də həmin sahədə peşəkar mütəxəssislərin hazırlanması diqqətə alınmalıdır.

İqtisadçı düşünür ki, mütəxəssis çatışmazlığı hər hansı yeni sahədə kapital qoyuluşunun effektivliyinə mənfi təsir göstərə bilər.

" Bəzi inkişaf etmiş ölkələrdə bu məsələyə xüsusi diqqət yetirilir: Məsələn, Hollandiyada bəzi özəl şirkətlər tələbələri maliyyələşdirir və müqavilə əsasında onları təqaüdlə, qalacaq yerlə və hətta avtomobillə təmin edir. Bu yolla müəssisələr özləri üçün mütəxəssis yetişdirirlər. Türkiyədə isə bəzi özəl şirkətlər tələbələrə dərslərinə davam etmələri üçün şərait yaradır, dərs saatlarından sonra işə qayıtma imkanı təqdim edir və iş prosesini bilməyənlərə öyrədilir. Belə modellərə Azərbaycanda da ehtiyac var. Əks halda, yeni sahələr açılsa belə, mütəxəssislər xaricdən dəvət olunur. Bu isə iki mənfi nəticəyə səbəb olur: həm yerli vətəndaş işsiz qalır, həm də ölkədə mütəxəssis hazırlanmır".

Ekspertlər hesab edir ki, kapital qoyuluşunun uğuru yalnız maliyyə göstəricilərindən deyil, həm də düzgün planlaşdırılmış strateji yanaşmadan asılıdır. Bu baxımdan bir neçə vacib məqam qeyd olunur:

Ən sərfəli kredit üçün müraciət et

Uzunmüddətli baxış:
İnvestisiyalar yalnız qısamüddətli qazanc əldə etmək məqsədi daşımamalıdır. Uzunmüddətli perspektivdə həmin sektorun inkişafını dəstəkləyəcək addımlar atılmalıdır.

Yerli resursların qiymətləndirilməsi:
Yerli işçi qüvvəsinin və resursların daha səmərəli istifadə olunması iqtisadi sabitliyi artırır. Xarici mütəxəssislər yerinə yerli kadrların hazırlanması həm xərcləri azaldır, həm də sosial inkişafa töhfə verir.

Diversifikasiya və risklərin idarə edilməsi:
İnvestisiyalar yalnız bir sektora deyil, müxtəlif sahələrə yönəldilməlidir. Bu yanaşma riskləri azaldır və iqtisadiyyatın dayanıqlığını təmin edir.

Təhsil və innovasiya:
İqtisadi artım üçün əsas şərtlərdən biri elmi-texnoloji bazanın gücləndirilməsidir. İnvestisiyalar yalnız infrastruktur qurmağa deyil, həm də təhsil və innovasiya sahələrinə yönəlməlidir.

Azərbaycanda investisiya imkanları

Azərbaycanda energetika, kənd təsərrüfatı, turizm və texnologiya sahələri əsas investisiya potensialına malikdir. Bu sahələrdə peşəkar mütəxəssis hazırlığı, infrastrukturun inkişafı və dövlət-özəl əməkdaşlığı kapital qoyuluşunun uğur qazanmasına kömək edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://banco.az
archiveBu xəbər 18 Dekabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri