Icma.az
close
up
RU
Kapitalbank saytını məhkəməyə verib: ayı söhbəti haradan çıxdı? Professordan şərh

Kapitalbank saytını məhkəməyə verib: ayı söhbəti haradan çıxdı? Professordan şərh

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

"Kapitalbank" Mia.az saytını məhkəməyə verib.

Mia.az xəbər verir ki, bank saytda yayımlanan "BİRBANK"ın MİN OYUNU: Kasıba “kuryer” tələsi, varlıya isə..." başlıqlı yazıya görə belə bir addım atıb.

Bu gün Bakı Kommerasiya Məhkəməsində  hakim Günay Namazovanın sədrliyi ilə  hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında tərəflər iddiaya münasibətlərini bildiriiblər.

Mia.az xəbər portalının rəhbəri iddia tələblərini rədd edib və bildirib ki, tələblər haqlı və düzgün tərtib olunmayıb.

Məhkəmə hazırlq iclasını oktyabr ayının 2-nə təxirə salıb.

Məlumat üçün bildirək ki, "Kapitalbank" Mia.az Xəbər Portalına qarşı bir-birinə zidd tələblər qoyub: bank gah yazının saytdan silinməsini (qanunvericilikdə belə tələb yoxdur), gah üzr (bu da yoxdur"), gah təkzib tələb edib. 

Proses hələ başlamadığından qarşı tərəfin kart sifarişi verən şəxsə yaradılan problemlərdən bəhs edən yazıya aid dəlillərə toxunmuruq.

Lakin Bankın yazının başlığını "çarpdırıb", bizim (oxu: Mia.az saytının) guya bankı "Ayı"ya bənzətdiyimizi iddia etməsi anlaşılmaz və eyni zamanda, qəbulolunmazdır.

Baxın, Bank iddia ərizəsinin girişində yazıb: "İlk öncə onu qeyd edək ki, məqalənin adındakı “min oyunu” ifadəsi orijinalda “ayının min oyunu” məsəlindən götürülüb ki, bura da Cavabdeh tərəfindən Banka münasibətdə sətraltı “ayı” sözünün işlədilməsi birmənalı qaydada təhqirdir və öz ünvanımıza edilən bu təhqirə olduqca dözümsüz yanaşırıq".

Əvvəla, hazırda dünyanın bir çox məşhur idman klubları, nəhəng şirkətləri, hətta dövlətlər var ki, bayraq və gerblərində hansısa heyvanın, quşun şəklinə yer verib. Hələ Rusiyanın "Ayı"ya bənzədilməsi ilə bağlı ötən həftə Pekində keçirilən mətbuat konfransında Putinin "Sizin ölkənizi ayı adlandırırlar. Buna münasibətiniz", - sualına razılıq ifadə edən cavabına diqqət edin: "Ayı ayıdır da. Həmişə güclüdür..."

Yəni, sözümüz budur ki, dövlətlər bu adı özlərinə təhqir bilmirlərsə, bizim sosial mediadakı elə rəsmi səhifələrində məşhur-cahan elan olunan bank yazmadığımız sözü haradan götürüb, necə belə nəticəyə gəlib ki? Axı qarşı tərəf bilməlidir ki, Azərbaycanda istər rəsmi, istər ədəbi mühütində "min oyun" söz birləşməsi var və bu, zərrə qədər təhqir sayılmır...

İkincisi, bu, "Birbank" frazeloji söz birləşməsindəki "bir" sözünə uyğun olaraq 100, yaxud 100 min də yazıla bilərdi. Elə isə ədəbi dil və yaradıcılq məhsulu olan bu söz birləşməsi, Anadolulu qardaşlarımız demişkən, niyə "çarpıdılaraq Ayıya bağlanıb ki?"

Məsələyə Bakı Dövlət Universistetinin Jurnalistika fakültəsinin müəllimi, media eksperti, professor Qulu Məhərrəmlidən münasibət öyrəndik.

Media üzrə tanınmış ekspert, professor Mia.az-a açıqlamasında başlığın və yazının normal tənqid olduğunu deyib:

"Yox, burada təhqir yoxdur. Əhəmiyyətsiz işdir. Normal başlıq, normal tənqid, subyektiv və obyektiv münasibətdir. Burada kriminal münasibət, yaxud işgüzar nüfuza zərər vuran nəsə yoxdur".

Professor onu da deyib ki, qarşı tərəf yazının silinmə tələbini qoya bilməz: "Onu yalnız siz öz istəyinizlə poza bilərsiniz...".

F.ƏHMƏD
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri