Icma.az
close
up
RU
Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Son günlər sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bir mənzərə var: səhərin ilk işıqları altında Kappadokiyanın “pəri bacaları” üzərində süzülən rəngbərəng hava şarları. Kappadokiya elə bir bölgədir ki, bənzəri yoxdur. SİA xəbər verir ki, burada möhtəşəm “pəri bacaları”, günəşin doğuluşunu izləməklə müşayiət olunan hava şarı turları, qaya içində oyulmuş otellər və bir vaxtlar ilk xristianların sığındığı yeraltı şəhərlər var. Təkcə 2024-cü ildə bölgənin muzey və tarixi məkanlarını 4 milyon 370 mindən çox turist ziyarət edib. Beləliklə, Kappadokiya, Türkiyənin ən önəmli mədəniyyət mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib. Bölgənin simvoluna çevrilmiş hava şarı turları isə ötən il 933 min nəfərlə tarixi rekorda imza atıb.

Kappadokiya Avropa, Şimali Amerika və Uzaq Şərqdən gələn turistlərin sevimli ünvanına çevrilib. Amma bu torpaqların cazibəsi yalnız təbiət gözəlliklərində deyil, əsrlərin süzgəcindən keçmiş, türk və Anadolu ənənələrinin, eləcə də yerli məhsulların sintezindən yaranan zəngin mətbəx mədəniyyəti də buranın ən dəyərli xəzinələrindəndir.

Artıq bu bənzərsiz kulinariya irsi Michelin bələdçisi tərəfindən də rəsmi olaraq tanınıb. Bu isə Kappadokiyaya təkcə təbiət və tarix həvəskarlarını deyil, həm də qastronomiya turistlərini cəlb dəcək yeni bir dalğanın başlanğıcı deməkdir.

Kappadokiyada qastronomiya təcrübənizin əsas hissəsini, sözsüz ki, burada sizə təqdim olunacaq dadlı ət yeməkləri təşkil edəcək. İndi isə gəlin sizi bu unudulmaz mətbəx səyahətinə aparaq.

Təsəvvür edin ki, restoranda oturmusunuz, ofisiant alov içində qızmar bir gil qabı masanıza gətirir. Gözlərinizin önündə qabı çıraraq açır və içindən saatlarla yavaş-yavaş bişmiş, ətri hər tərəfi bürüyən yeməyi boşqaba tökür. Bu möcüzə “testi kababı” adlanır. Adını da bişirildiyi gil qabdan alır. Əminik ki, bu kulinariya şousunu sosial şəbəkələrdə görmüsünüz. Amma onu yerində, Kappadokiyada dadmaq tamam başqa bir hisdir, bəlkə də, sırf bu ləzzət üçün bura gəlməyə dəyər.

Testi kababı kimi təndir sobasında yavaş bişirilən digər ət yeməkləri də həm göz, həm də damaq üçün əsl bayramdır. Amma bu, hələ başlanğıcdır. Bölgənin daha bir məşhur dadı Kayseri mantısıdır. Burada mantı o qədər balacadır ki, bir qaşığa 40 ədəd sığır. Üzərinə qatıq, əridilmiş kərə yağı və türk mətbəxinə xas ədviyyatlarla bəzədilərək süfrəyə gəlir. Sizə qalan isə hər kiçik tikənin dadını çıxarmaqdır.

Və bu hələ hamısı deyil, Kappadokiyada dadılacaq daha çox ləzzət var.
Əgər sup həvəskarısınızsa, bölgəyə məxsus Ürgüp tarhanasını dada bilərsiniz. Bu, qatıq, yarma (qırıq buğda) və noxudla hazırlanır. Və ya tandır sobasında bişən ənənəvi tandır supunu sınaya bilərsiniz.

Daha yerli dadlara üz tutmaq istəsəniz, kayısı yahnisi (quru ərik və ət qarışığı, odun sobasında bişirilir), zerdəli plov (üzüm doşabı, badam və kişmişlə hazırlanmış ətirli plov), ət və qoz ilə doldurulmuş heyva dolması, eləcə də ağpakla (ağ lobya və yumşaq ətin gil qabda bişmiş güveci) sizin üçün doğru seçim olacaq.

Şirniyyat sevərlər üçün də Kappadokiya əsl cənnətdir: incir yağlaması (kərə yağında bişmiş əncir), balqabaq şirniyyatı, üzüm qatqılı köftür, üzərinə təmiz bal tökülmüş quru qaymaq və kərə yağı ilə hazırlanmış dolaz (un halvası) bunlardan yalnız bir neçəsidir.
Amma elə bir şirniyyat var ki, təqdimata ehtiyacı yoxdur. Türkiyədəsinizsə, yəqin ki, artıq təxmin etdiniz - paxlava. Kappadokiyada isə bu ləzzət “Damat Baklava” adı ilə, Ürgüp üslubunda hazırlanır.
Əsrlər boyu ilk xristian rahiblərinin hazırladığı ləzzət: Kappadokiya şərabları
Pəri bacalarından tutmuş xüsusi gil qablarda bişən testi kababına qədər… Kappadokiya insanı daim heyrətləndirir. Burada dadacağınız yerli şərablar da sizi valeh edəcək.

Kappadokiyada şərabçılıq ənənəsi əsrlərlə davam edir və tarixi ilk xristian rahiblərinin yaşadığı dövrlərə qədər uzanır. Yeraltı şəhərləri və erkən xristian kilsələrini ziyarət etdikdə bunu daha aydın hiss edəcəksiniz.
Bol günəş, məhsuldar vulkanik torpaq bu bölgədə dadlı üzüm yetişdirmək üçün əvəzsiz şərait yaradır. Burada yetişdirilən yerli üzüm növlərinə Öküzgözü, Kalecik Karası, Boğazkere və Narince daxildir. Ancaq bölgənin ən məşhuru, təmiz və mineral dadlı ağ şərabı ilə tanınan Emir üzümüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Avqust 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri