Icma.az
close
up
RU
Karate üzrə muxtar respublika çempionatı və birinciliyi keçirilib FOTO İdman və Biz

Karate üzrə muxtar respublika çempionatı və birinciliyi keçirilib FOTO İdman və Biz

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışa müxtəlif bölmə və klublardan ümumilikdə, 100-ə yaxın oğlan və qız karateçi qatılıb.

İdman.biz xəbər verir ki, idmançılar 7 yaş qrupunda müxtəlif çəki kateqoriyaları üzrə mübarizə aparıblar.

Rəsmi açılış mərasimində ümummilli lider Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idman siyasətinin uğurla icrasından və bu sahədə qazanılan nailiyyətlərdən bəhs edib. Əlavə edib ki, ölkəmizdə sevilən və kütləviliyi ilə seçilən, muxtar respublikada da köklü ənənələrə malik idman növlərindən biri kimi karatenin inkişafı diqqət mərkəzindədir. Nazirliklə AKF arasındakı əməkdaşlıq əlaqələri konteksində bir sıra yeniliklər, uğurlar üçün əsaslı zəmin yarandığını bildirən Məcid Seyidov təmsil etdiyi qurumun öz səlahiyyətləri daxilində dəstəyini əsirgəməyəcəyini, gələcək planların, hədəflərin müəyyənləşdirilməsində birgə addımların atılmasına hazır olduğunu ifadə edib.

Naxçıvanın mövcud idman mühitindəki əlverişli imkanlardan bəhs edən AKF-in baş katibi Qabil Sayadov regiondakı perspektivləri, burada yaradılan şəraiti və göstərilən qayğını karate adına yüksək qiymətləndirildiyini ifadə edib, birgə əməkdaşlığın bəhrələrindən, xüsusən də, davamlı olaraq təşkil olunan seminarlardan, idman yarışlarından, karateçilərin artmaqda olan uğurlarından bəhs edib.

Tədbirdə həmçinin AKF-nin Naxçıvan Muxtar Respublikasındakı rəsmi nümayəndəsi kimi Nəriman Quliyev ictimaiyyətə təqdim olunub.

Rəsmilər mükafatlandırma mərasimində də iştirak edib, idmançıları diplom, medal və hədiyyələrlə təltif ediblər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Noyabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri