Icma.az
close
up
RU
Kardioloq həmin səs yazısının ona aid olmadığını Açıqladı

Kardioloq həmin səs yazısının ona aid olmadığını Açıqladı

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanov ötən gün ona aid olduğu iddia edilən səs yazısı ilə bağlı açıqlama verib. 

Hurriyyet.Media xəbər verir ki, həkim bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Kardioloq qeyd edib ki, günümüzdə texnologiyanın imkanları ilə istənilən insanın səsini təqlid etmək, səs yazısını montaj etmək, cümlələri birləşdirmək və tamamilə saxta material hazırlamaq mümkündür: “30 ildən artıqdır ki, uşaq kardioloqu kimi çalışıram. Bu müddət ərzində minlərlə uşağın müalicəsində iştirak etmişəm, minlərlə ailənin etimadını qazanmışam. Mənim peşə fəaliyyətimi, insanlara və uşaqlara münasibətimi tanıyan hər kəs yayılan iddianın nə qədər absurd olduğunu çox yaxşı anlayır. Üstəlik, yayılan səs mənim səsimə belə tam uyğun gəlmir. Buna baxmayaraq, heç bir texniki ekspertiza aparılmadan, heç bir sübut təqdim olunmadan və mənim mövqeyim tam öyrənilmədən bu materialın ictimaiyyətə çıxarılması qəbuledilməzdir. Burada media qurumlarına açıq suallarım var: Bu səs yazısını sizə kim təqdim edib?

Özünü şikayətçi adlandıran həmin şəxsin həqiqətən mövcud olduğunu necə təsdiqləmisiniz? Onun iddialarını hansı sənəd, video, ödəniş qəbzi, bank əməliyyatı və ya başqa faktla yoxlamısınız? Səs yazısının montaj olunmadığını və ya süni intellekt vasitəsilə hazırlanmadığını hansı ekspertiza ilə müəyyən etmisiniz? Mənimlə əlaqə saxlamadan, tam və aydın mövqeyimi almadan belə bir materialı dərc etməyə hansı peşəkar və etik əsasla qərar vermisiniz? Təranə xanımın adı da bu məsələyə daxil edilir və “görəsən, onun xəbəri varmı?” kimi müəmmalı ifadələr işlədilir. Təranə xanım hazırda məzuniyyətdədir. Onun mövqeyi öyrənilibmi? Yoxsa adı sadəcə xəbəri daha qalmaqallı göstərmək üçün mətnə əlavə olunub?

Mənbənin anonim saxlanılması jurnalistikada mümkündür. Amma anonim mənbə hər cür əsassız iddianın arxasında gizlənmək üçün vasitəyə çevrilməməlidir. Media öz mənbəsinin kimliyini ictimaiyyətə açıqlamasa belə, onun real şəxs olduğunu, məlumatın həqiqiliyini və iddianın yoxlanıldığını özü dəqiqləşdirməlidir. Əks halda hər bir media orqanı istənilən səsi özü hazırlayıb “bizə şikayət daxil olub” adı ilə istənilən şəxsin nüfuzuna zərbə vura bilər”.

“Səs yazısının ekspertizaya təqdim olunması, materialı ilk hazırlayan və yayan şəxslərin müəyyən edilməsi, həmçinin bu məlumatı yoxlamadan tirajlayan media qurumlarının məsuliyyətinə hüquqi qiymət verilməsi üçün bütün zəruri addımları atacağam.

Mənim susmağım zəifliyim kimi qəbul edilməsin. Mən sadəcə həkim adına, insan ləyaqətinə və qanuna hörmət edərək danışmaq üçün faktları gözləmişəm. Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur - anonim səs yazısı, sensasiyalı başlıq və sosial şəbəkə hökmü ilə yox”, - həkim qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Avqust 2026 04:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri