Icma.az
close
up
RU
ASAN xidmət” təcrübəsi Karib hövzəsi ölkələrində

ASAN xidmət” təcrübəsi Karib hövzəsi ölkələrində

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

25–29 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasının Baş nazirinin Ofisinin dəvəti əsasında bu ölkədə səfərdə olub.

"Cebheinfo.az" xəbər verir ki, əsas məqsəd “ASAN xidmət” təcrübəsinin Barbadosda tətbiqi ilə əlaqədar müzakirələrin aparılması və görüşlərin keçirilməsi olub.

Barbados Respublikasının dövlət xidmətlərinə məsul naziri ilə görüşdə nazir hökuməti üçün əsas prioritetlərindən birinin dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi olduğunu qeyd edərək, bu sahədə Azərbaycanın qabaqcıl “ASAN xidmət” təcrübəsindən faydalanmaq istədiklərini bildirib. 

Həmçinin görüş zamanı Barbados tərəfi “ASAN xidmət” təcrübəsinin  ölkələrində tətbiqi ilə əlaqədar sazişin imzalanması təşəbbüsü ilə çıxış edib və belə bir sənədin qısa müddətdə imzalamağa hazır olduqlarını bildirib.

Barbadosun bir sıra dövlət qurumlarının rəhbərləri, yüksək vəzifəli hökumət rəsmilərinin iştirakı ilə “ASAN xidmət” və Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan innovativ həllərin nümayişinə dair geniş tədbir keçirilib. 

Dövlət Agentliyinin nümayəndələri tərəfindən “ASAN xidmət”, burada göstərilən innovativ həllər, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlərə dair geniş təqdimatlar edilib. Hazırda ölkəmizin qabaqcıl təcrübəsinin 30-dan çox dövlətlə paylaşıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Barbadosun bir sıra yerli qurumlarının fəaliyyəti ilə tanışlıq da həyata keçirilib.

Dövlət Agentliyinin nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin təşkilçatçılığı və BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının tərəfdaşlığı ilə keçirilən “Dövlət sektorunda idarəetmənin gələcəyi: 

innovasiya və dövlət sektorunun transformasiyası üçün düşüncə tərzinin dəyişdirilməsi” mövzusundakı tədbirdə iştirak edib. Əsas məqsəd Karib Hövzəsi ölkələrində dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi sahəsində müzakirələrin aparılması olub. Tədbirdə Karib hövzəsi ölkələrini təmsil edən dövlətlərin nümayəndələri qatılıblar.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri “ASAN xidmət” konsepsiyası haqqında ətraflı təqdimatla çıxış edərək, bu modelin ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilmiş mühüm islahat olduğunu vurğulayıb və vətəndaşların böyük rəğbətini qazandığını diqqətə çatdırıb.

Tədbir çərçivəsində “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində Karib hövzəsi ölkələrinin nümayəndələri ilə görüşlər keçirilib və əməkdaşlıq imkanları müzakirə edilib.

Nigar
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri