Icma.az
close
up
RU
Karib Ölkələri Birliyinin Baş katibi: “COP29 yüksək səviyyədə təşkil olunub” FOTO

Karib Ölkələri Birliyinin Baş katibi: “COP29 yüksək səviyyədə təşkil olunub” FOTO

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Karib Ölkələri Birliyinin (CARICOM) Baş katibi Karla Barnet ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və CARICOM arasında əməkdaşlıq perspektivləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində həyata keçirilə biləcək təşəbbüslər müzakirə olunub.
Nazir Ceyhun Bayramov CARICOM tərəfindən ölkəmizə ilk səfərin Azərbaycanın Birliklə əməkdaşlığının inkişaf etdirilməsi üçün yaxşı fürsət olduğunu qeyd edərək, əməkdaşlıq üçün mövcud imkanların müzakirəsi baxımından bu kimi təmasların artırılmasının vacibliyini diqqətə çatdırıb.
 

Xüsusilə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz tərəfindən 20 kiçik ada dövləti daxil olmaqla, ümumilikdə 80-dən artıq ölkəyə humanitar yardım göstərildiyi, bu ölkələr sırasında CARICOM-a üzv 12 dövlətin də olduğu qeyd edilib. Azərbaycan və CARICOM-a üzv dövlətlər, habelə xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, bu istiqamətdə təhsil sahəsində əməkdaşlığın, ölkəmiz tərəfindən həyata keçirilən təqaüd proqramlarının əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycanın COP29 Sədrliyi, əsas prioritet və istiqamətlərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov ölkəmizin təşəbbüslərinə, xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsinə göstərilən dəstəyə görə CARICOM-a təşəkkür edib, sədrliyimiz dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha yaxından əməkdaşlıq etməyə hazır olduğumuzu bildirib.


Baş katib Karla Barnet COP29 Sədrliyinin kifayət qədər mürəkkəb və məsuliyyət tələb edən platforma olmasına baxmayaraq, ölkəmiz tərəfindən sessiyanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu münasibətlə ölkəmizi təbrik edib, sədrlik dövründə uğurlar arzu edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2024 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri