Icma.az
close
up
RU
Kart köçürmələrinə limit BÖYÜK RİSK YARADA BİLƏR

Kart köçürmələrinə limit BÖYÜK RİSK YARADA BİLƏR

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi 

Vergidən yayınma halları qanuni yollarla tənzimlənməlidir

İqtisadiyyat özü-özünü idarə edir və özünü tənzimləyə bilirsə, bu, ən ideal iqtisadiyyatdır. Azərbaycan hökuməti özünü idarə edə bilən iqtisadiyyatın bərqərar olması istiqamətində son 30 ildə mühüm qərarlara imza atıb. Sahibkarlığın inkişafı, Azad İqtisadi Zonaların yaradılması ölkə iqtisadiyyatının inkişafına güclü təkan verib. İqtisadiyyatın inkişafı üçün iqtisadi liberalizm də əsas şərtdir. Liberal iqtisadiyyat dövlətin iqtisadi proseslərə müdaxiləsinin minimuma endirildiyi, qiymətlərin, istehsalın və ticarətin sərbəst bazar mexanizmləri, azad rəqabət və xüsusi mülkiyyət əsasında tənzimləndiyi iqtisadi sistemdir. Lakin hər nə qədər sərbəst ticarət, sərbəst bazar mühiti formalaşsa da, dövlətin nəzarəti yenə də vacibdir. Bu, gəlirlərin şəffaflaşması, kölgə iqtisadiyyatının minimuma endirilməsi, tədricən isə tamamilə aradan qaldırılmasını hədəfləyir.

Son illərdə eektron ticarət, onlayn alış-verişlər, nağdsız alış-verişlərin genişlənməsi, vətəndaşlar üçün rahat seçim olsa da, şəffaflığın təmin edilməsində çətinliklərin qarşısını alınmasını labüd edir. Kartlara mədaxil və kartdan-karta köçürmələrə limitin tətbiq edilməsini bəzi müəxəssislər faydalı addım hesab edir. Lakin bunun, sahibkarlığa və vətəndaşlara ziyan vurmaması üçün zəruri addımların atılmalı olduğunu da bildirirlər. 

İqtisadçı Rauf Qarayev “Şərq”ə açıqlamasında məsələnin mühüm tərəflərini izah etdi: 

- Kartdan karta köçürmələrə limit qoyulmasının mahiyyəti başadüşülən və zahirən müsbət görünür. Məqsəd nağdsız ödənişlərin həcmini artırmaq, iqtisadiyyatda şəffaflığı gücləndirmək və büdcə daxilolmalarını artırmaqdır. Lakin bu tədbirlərin praktikada gözlənilən effekti verəcəyinə dair müəyyən şübhələrim var. Düşünürəm ki, insanlar yeni qaydalara uyğunlaşmaq üçün alternativ yollar axtaracaqlar və vəsaitlərini yenə də alışdıqları üsullarla dövriyyəyə buraxmağa çalışacaqlar. Daha əvvəl də bankların təqdim etdiyi bonus proqramlarında bunu gördük. Müəyyən dövrdə vətəndaşlar bonuslardan faydalansalar da, sonradan həmin üstünlüklər aradan qaldırıldı. Gəlirlərin şəffaflaşdırılması istiqamətində atılan addımlar ilk növbədə yüksək gəlir əldə etdiyi halda bunu gizlədən şəxslərə yönəlməlidir. Eyni tələblərin bütün vətəndaşlara şamil edilməsi hər zaman səmərəli nəticə verməyə bilər. Hazırda da proses daha çox nağdsız ödənişlərin genişləndirilməsinə yönəlib və yeni qanunvericilikdə də bu istiqamətdə stimullaşdırıcı mexanizmlər nəzərdə tutulur. Bununla belə, hesab edirəm ki, indiki yanaşma ilə atılan addımlar gözlənilən nəticəni tam təmin etməyəcək. İlk növbədə gəlirlərini gizlədən yüksək gəlirli şəxslərin nəzarətə cəlb edilməsi daha məqsədəuyğun olardı, daha sonra isə bu tələblər mərhələli şəkildə digər kateqoriyalara tətbiq edilə bilər.

İqtisadçı bildirdi ki, kartdan karta köçürülmələrə limit qoyulması insanların nağdsız alış-verişdən tədricən imtina etməsiylə nəticələnə bilər. Mütəxəssis hesab edir ki, pul köçürmələrinə nəzarət etmək hər nə qədər lazımlı, faydalı olsa da, bunu insanları çəkindirəcək üsullarla deyil, nağdsız ödəmələrə həvəsləndirərək etmək lazımdır: 

- Kartdan karta köçürülmələrə limit qoyulmasını, düzgün addım hesab edirəm. Çünki hansısa bir karta həddindən artıq vəsait daxil olursa və həmin əməliyyatlar şübhəli görünürsə, o kart riskli hesab edilməli, nəzarətə götürülməli və onun üzərindən aparılan ödənişlərlə bağlı monitorinq həyata keçirilməlidir. Lakin bu nəzarət mexanizmi ilə bağlı təəssüf ki, ən sadə və ən perspektivsiz variant seçilib. Banklar onsuz da vətəndaşları kartdan istifadəyə həvəsləndirən kampaniyaları və bonus təkliflərini tədricən ləğv edirlər. Yəni əvvəllər banklar müxtəlif bonuslar, kəşbeklər və digər üstünlüklərlə insanları kart ödənişlərinə cəlb edirdilər. Bu təşviqlərin bir hissəsi artıq aradan qalxıb. Hətta mağaza və marketlər nağdsız ödənişlərdə əvvəlki illərə nisbətən daha az bonus və kəşbek qazandırır. Beləliklə, kartlardan istifadəni artırmağa yönəlmiş siyasət də yavaş-yavaş öz əhəmiyyətini itirir. Halbuki məqsəd elektron ödənişlərə keçidi sürətləndirmək və dövlətin nəzarət imkanlarını gücləndirmək idi. İndi isə görünən odur ki, bu istiqamət də tədricən zəifləyəcək və yenidən nağd ödənişlər gündəmə gələcək. Nəticə etibarilə, illərdir aparılan “naqdsız ödənişlərə keçid” siyasəti zərbə ala bilər. İnsanlar artıq mağazaya daxil olanda kartla ödəniş etmək istəsələr də, bu sahədə motivasiya azalır. Belə addımlar faktiki olaraq nəzarətdən kənarda qalan nağd ödənişlərə yol açır.

İqtisadçı bildirdi ki, sahibkarlıq fəaliyyəti ziyan görməsin deyə, hökumət müvafiq addımlar atmalıdır: 

- İnsanlar manatı qoyub qəpiyin dalınca qaçırlar. Təəssüf ki, bu halları tez-tez görürük. Lazım olan məsələləri kənara qoyub, lazımsız məsələlərin arxasınca gedirik. Burada insanların da müəyyən qədər məsuliyyəti var. Hesab edirəm ki, əgər bu qədər boşluqlar yaranmasaydı, bəlkə də limit məsələsi bu qədər gündəmə gəlməzdi. Amma görünür ki, əsas səbəb başqa yerdə axtarılmalıdır. Əgər vəziyyət tədricən bu həddə gəlib çatıbsa, insanlar niyə bu yola əl atırlar? Sahibkarlar niyə buna meyl göstərirlər? Əgər vergi orqanı hansısa sahibkarlıq fəaliyyətində qeyri-rəsmi və ya qanunsuz dövriyyə görürsə, bunu birbaşa təhlil etməli və səbəbləri araşdırmalıdır. Sual budur; niyə sahibkara müəyyən güzəştlər edilir, amma o yenə də kölgə iqtisadiyyatına meyl göstərir? Düzdür, bu problem təkcə Azərbaycana aid deyil. Dünyanın bir çox ölkəsində də qeyri-rəsmi fəaliyyət və vergidən yayınma halları mövcuddur. Amma biz bunu sivil və qanuni yollarla tənzimləməliyik. Monitorinq aparılması üçün kifayət qədər vasitələr var idi. Təəssüf ki, Azərbaycanda monitorinqlər çox vaxt formal xarakter daşıyırdı. Monitorinq aparılır, amma necə aparılır, hansı meyarlarla aparılır və məqsədi nədir — bunlar açıqlanmır. Ümumiyyətlə, monitorinq nə üçün aparılır? Həqiqətən nəticə verirmi? Bu suallar əsas müzakirə mövzusu olmalıdır. Bundan əlavə, qanunvericilikdə gəlirlərin gizlədilməsi, bəyan edilməməsi və digər hallarla bağlı kifayət qədər müddəalar mövcuddur. Təəssüf ki, uzun illərdir sahibkar-məmur münasibətlərinin bir-birinə qarışması problemi var. Çox vaxt belə bir yanaşma formalaşıb ki, “yaxşı məmur, yaxşı sahibkar” anlayışı eyni müstəvidə təqdim olunur. Əgər məmur öz vəzifəsini müstəqil şəkildə yerinə yetirmirsə, bu, sahibkarın fəaliyyətinə təsir göstərir. Bəzən də məmurun yaxınlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qərarlara təsir edə bilir. Bu səbəbdən də qanunvericilikdə olan bəzi müddəalar praktikada tam işlək vəziyyətdə olmur. Yəni qanunda maddələr var, amma onlar real həyatda tam və effektiv şəkildə tətbiq edilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see360

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see322

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see282

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see281

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see272

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see264

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see260

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see255

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see247

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see241

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see239

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see235

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see231

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see228

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see226

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see225

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see218

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see213

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see213

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri