Icma.az
close
up
RU
Kart limitləri nağd ödənişlərə necə təsir edir?

Kart limitləri nağd ödənişlərə necə təsir edir?

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bildiyimiz kimi, son dövrlər kartlara müxtəlif limitlər tətbiq edilib. Hazırda isə terminallar vasitəsilə ödənişlərdə komissiya tətbiq olunur. Bu isə nağdsız ödənişlərin genişləndirilməsi istiqamətindəki tendensiyanın əksinə olaraq, insanların yenidən kağız puldan istifadəyə qayıtması ehtimalını gündəmə gətirir.
Bank məsələləri üzrə ekspert Emin Kərimov Demokrat.az-a açıqlamasında deyib ki, terminallarda ödənişlərin məhdudlaşdırılması ilə bağlı müəyyən fikirlər səslənir:
“Zaman-zaman banklarla ödəniş terminallarını idarə edən operatorlar, ödəniş təşkilatları arasında xidmət və əməkdaşlıq müqavilələri əsasında müəyyən komissiyalar nəzərdə tutulur. Bir çox hallarda bu komissiyalar şirkət və ya bank tərəfindən öz dövriyyəsindən, bəzi hallarda isə müştərinin həyata keçirdiyi ödənişlərdən tutulur. Bu cür müxtəlif modellər həm dünya praktikasında, həm də qonşu ölkələrdə geniş yayılıb. Adətən iri banklar dövriyyədən tutulan komissiya və ya xidmət haqqını özləri ödəyirlər. Bəzi hallarda, xüsusilə kiçik banklar fəaliyyətə yeni başlayanda, ödəniş terminalları vasitəsilə ödənişləri qəbul etməyə yeni başladıqda və müştəri kütləsi nisbətən aşağı olduqda, bu komissiya müştəridən tutulur. Burada yanaşma bankın böyüklüyündən, müştəri seqmentindən, müştəri kütləsindən və dövriyyənin həcmindən asılı olaraq dəyişir.
Həm dünyada, həm də ölkəmizdə elektron ödəniş sistemlərinin və nağdsız dövriyyənin, xüsusilə internet və yeni maliyyə texnologiyaları vasitəsilə həyata keçirilən ödənişlərin təşviq olunduğunu görürük. Bazarın tələbi ilə elektron ödənişlər günü-gündən artır. Şəxslər kartdan-karta köçürmələr, QR ödənişləri, mobil POS və POS-terminal vasitəsilə ödənişləri rahat şəkildə həyata keçirə bilirlərsə, bu rahatlığı bankomat qarşısında növbə gözləməklə və vaxt itirməklə əvəzləmək istəmirlər”.
Ekspert bildirib ki, bu baxımdan zamanla nağd pul dövriyyəsinin daha da azalacağını proqnozlaşdırmaq olar:
“Çünki həm dünyada, həm də ölkəmizdə elektron ödənişlər artır və bu ödənişləri genişləndirmək məqsədilə mütəmadi olaraq yeni maliyyə alətləri və texniki həllər tətbiq olunur. Bu da elektron dövriyyənin və nağdsız ödənişlərin daha da genişlənməsinə təkan verir, faktiki olaraq nağd puldan istifadəni azaldır. Bu alətlər həm elektron pul təşkilatları, həm ödəniş təşkilatları, həm bankların öz məhsulları, həm də startap layihələri çərçivəsində bazara daxil olur. Bu isə nağd pula olan tələbatı nisbətən azaldır. Çünki insanlar evdən və ya ofisdən çıxmadan ödənişlərini, xidmətlərin və alqı-satqının dəyərini rahatlıqla ödəyə bilirlər. Belə olan halda nağd pula ehtiyac da azalır. Eyni zamanda, nağd pul əldə etmək üçün bankomatların və ya bank filiallarının qarşısında vaxt itirməyə ehtiyac qalmır. Elektron köçürmələrin və nağdsız dövriyyənin yaratdığı rahatlığı görən insanlar əvvəlki kimi bankomat qarşısında vaxt keçirmək istəmirlər. Bazarada müəyyən məhdudlaşdırıcı requlyativ tələblər tətbiq olunsa və terminallardan məxaric əməliyyatlarına müəyyən komissiyalar tətbiq edilsə belə, bu, nağdsız dövriyyənin kiçilməsinə səbəb olmayacaq. Çünki müxtəlif dövrlərdə banklar və təşkilatlar müəyyən komissiyalar tətbiq edir, daha sonra isə endirimlər və güzəştlər təqdim edirlər. Bu yanaşmalar müştəri kütləsinin düzgün idarə olunmasına da xidmət edir”.
Emin Kərimov qeyd edib ki, hazırda kartdan-karta əməliyyatların 500 manat limitinə salınması da digər QR ödənişlərinin və POS-terminallar vasitəsilə ödənişlərin daha geniş yayılmasını təşviq edir:
“Əgər alqı-satqı və xidmət ödənişlərini QR, digər müvafiq maliyyə alətləri və POS-terminallar vasitəsilə həyata keçirəcəyiksə, bu da öz növbəsində nağd pula olan ehtiyacı müəyyən dərəcədə azaldacaq və ya ən azı hazırkı səviyyədə saxlayacaq. Bu baxımdan nağd pulun əvvəlki, yəni 5, 10, hətta 15 il əvvəlki həcmdə yenidən dövriyyəyə qayıtması fikri ilə razılaşmaq çətindir. Mövzunu ümumiləşdirərək demək olar ki, tətbiq olunan məhdudlaşdırıcı requlyativ tədbirlər və müəyyən məhdudiyyətlər nağdsız dövriyyənin kiçilməsinə və nağd vəsaitlərin əvvəlki səviyyədə dövriyyəyə qayıtmasına səbəb olmayacaq. Əksinə, bu proses daha mütərəqqi, yenilikçi və innovativ maliyyə alətlərinin meydana gəlməsinə, elektron həllərin və nağdsız ödənişlərin daha da genişlənməsinə müsbət təsir göstərəcək”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Sentyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri