Icma.az
close
up
RU
Kartlardan oğurluğa görə kim günahkardı: vətəndaş, yoxsa banklar? AÇIQLAMA

Kartlardan oğurluğa görə kim günahkardı: vətəndaş, yoxsa banklar? AÇIQLAMA

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Təyyarə qəzasında həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dünən axşam dələduzların qurbanı olub. Onun atası Cəlil Alıyevə məxsus "Kapital bank” kartından ümumilikdə 80 507 manat pul çəkilib.

Ölkəmizdə tez-tez baş verən kibercinayətkarlıq hadisələri fonunda Hökumə Əliyevanın ailəsinə ayrılan sığorta və kompensasiya məbləğinin də oğurlanması insanlarda banklara olan etimadı azaldır.
Mövzu ilə bağlı Modern.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, son zamanlar Azərbaycanda bir çox bank müştəriləri eyni hadisələrlə üz-üzədir, amma təbii ki, ən çox müştərisi olan banklar bu cür problemlərlə daha çox üzləşir.

Onun sözlərinə görə, “Kapital Bank” da Azərbaycanda ən çox müştərisi olan banklardan biridir. Bu səbəbdən də bank dələduzluq problemləri ilə daha çox rastlaşır.

"Ümumiyyətlə Azərbaycanda bugünədək heç bir bankın sistemindən pul oğurlanmayıb. Hadisələr dələduzluq müstəvisində, sadəcə vətəndaşı manipulyasiya edərək onun məlumatlarını ələ keçirmək və elektron bank hesabına daxil olmaqla həyata keçirilir. Burada əsas məsələ vətəndaşların üzərinə düşür. Onlar öz məlumatlarını verməmək üçün dələduzluq halları haqqında məlumatlı olmalıdır. Bir çox halda biz görürük ki, vətədaş öz məlumatlarını, OTP kodunu, bank kartı, şəxsi məlumatlarını qarşı tərəfə öz istəyi ilə ötürür. Bu halda da bank iddia edir ki, biz bilmirik o vətəndaşın özüdür və ya dələduzdur, ona görə də konkret bir məhdudiyyət qoymaq mümkünsüzdür. İlk növbədə vətəndaşlar düzgün maariflənməlidirlər". 
 

Elvin Abbasov vurğulayıb ki, banklar heç bir halda vətəndaşın, yəni öz müştərisinin məlumatlarını istəmir. 
 

"Biz dəfələrlə bu barədə çağırışlar etdiyimiz halda insanlar yenə də qarşı tərəfə məlumatlarını verir. Burada əsas məsələ vətəndaşların maariflənməsidir. Təbii ki, bankların da üzərində bir məsuliyyət var. Banklar öz vətəndaşlarını daha yaxşı şərait yaratmaq üçün əlavə tədbirlər görməlidir. Başadüşləndir ki, banklar bizneslərini sadələşdirmək və daha əlçatan olmaq üçün müştərilərə daha sadə və rahat interfeys vermək məqsədilə tətbiqlərində rahatlıq yaradırlar. Amma bu yaradılan rahatlıq eyni zamanda dələduzların da köməyinə gəlir. Bu səbəbdən banklar da prosedur qaydalarında dəyişiklik etməlidirlər". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri