Icma.az
close
up
RU
Kartlardan kiberoğurluq: Banklar “özünüz günahkarsız” deməkdə nə qədər haqlıdır?

Kartlardan kiberoğurluq: Banklar “özünüz günahkarsız” deməkdə nə qədər haqlıdır?

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Son 4 ayda Azərbaycanda bank kartlarından vətəndaşların 6 milyon manatdan çox vəsaiti oğurlanıb. Heç də bütün oğurluq hallarının rəsmi qeydiyyata alınmadığını nəzərə alsaq, reallıqda bu göstəricinin azı iki dəfə artıq olduğunu güman etmək olar. Üstəlik də, hər gün hüquq-mühafizə orqanları vətəndaşların bank kartlarından on minlərlə, yüz minlərlə manat pul oğurlandığı barədə hesabatlar verirlər və bu məlumatlar artıq mətbuatın gündəlik xəbər lentində daimi yer almaqdadır.

Yenisabah.az azpolitika-ya istinadla xəbər verir ki, müvafiq orqanlar, o cümlədən həmin kartları birbaşa vətəndaşlara paylayan banklar isə günahı və məsuliyyəti min cür reklamla tələyə salıb özünə müştəri etdiyi vətəndaşın boynuna ataraq, yaxasını kənara çəkir. “Təsdiqləməyin”, “linki açmayın”, “şəxsi məlumatlarınızı verməyin” və s. kimi xəbərdarlıqlarla işlərini bitmiş hesab edirlər.

Vətəndaş dedikdə, buna təkcə ali savadlı, gənc, tədbirli, sağlam, “gözüaçıq” deyil, savadsız, ahıl, qüsurlu insanlar da aiddir. Bu adamların hamısının kiberoğrularla “gizlənpaç” oynamaq fərasəti, imkanı yoxdur. Bnaklar isə görürlər ki, bu xəbərdarlıqlar işləmir, vətəndaşların pulu oğurlanmaqda davam edir, buna baxmayaraq, heç bir əlavə tədbir görülmür, təhlükəsizlik gücləndirilmir.

Maraqlıdır ki, ən çox hansı bankların kartlarından pul oğurlandığı barədə heç bir məlumat, statistika verilmir. Bu, “bank sirri” və s. bəhanələrlə əlaqələndirilsə də, əslində, ölkə vətəndaşının bunu bilməyə haqqı var. Məlum məsələdir ki, Azərbaycanda ən iri banklar “Kapital Bank”, ”ABB”, “Bank Resbublika”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Unibank”, “AccessBank”, “Rabitəbank” və bir neçə digər bank olduğu üçün, məntiqlə, dövriyyədəki ən çox müştəri kartı da bu cür banklara aiddir.

Həmçinin, hansı bank daha çox kart veribsə, böyük ehtimalla, ən çox pul oğurluğu da bu bankların kartlarına aiddir. Əgər belə deyilsə, sözügedən banklar və hüquq-mühafizə orqanları bunun əksini sübut etmək üçün ən çox oğurluq olan bank kartlarının siyahısını dərc etsinlər. Bu zaman həmin banklar daha məsuliyyətli olmağa, müştərilərin kartlarının təhlükəsizlik səviyyəsini artırmağa məcbur olarlar.

Yox, əgər bunu “bank sirri” adıyla ört-basdır edirlərsə, zəhmət çəkib vətəndaşların da kart sirrini elə qorusunlar, identifikasiya tədbirlərini elə gücləndirsinlər ki, bu cür oğurluqların qarşısıı tam olmasa da, böyük ölçüdə alınsın. Axı, vətəndaş hər nə qədər səhvə yol versə də, köçürmə, vəsaitin çıxarılması barədə son qərarı bank verir. Deməli, köçürmələr zamanı identifikasiya, yoxlama tədbirləri gücləndirilməlidir.

Yeri gəlmişkən, bank kartları sarıdan ən aktiv banklar kimi “Kapital Bank” və “ABB” öndədir. Bu sırada “Rabitəbank”, “Bank of Baku”, “Unibank”, “Bank Respublika”, “Accesbank”, “Exspressbank” kimi banklar da bank kartları bazarındakı rəqabətdə az qala bir-birilə “qırğına çıxırlar”. Deməli, oğurluq edilən kartların siyahısında bu bankların da sanballı payı var. Televiziyalar, qəzetlər, xəbər saytları, küçə banerləri bunların cəlbedici kart reklamları ilə doludur. Yəni, reklama, kampaniyalara və s. gələndə pul tapırlar, amma müştəri kartlarının təhlükəsizliyini təmin etməkdən ötrü əlavə işlərə imkan, vəsait tapmırlar. Öz aktivlərini, gəlirlərini “göz bəbəyi kimi qoruyan” banklar vətəndaşın vəsaitini də o cür qorumalıdır, “özünüz günahkrasız” deyib, kənarda durmamalıdır.

O da maraqlıdır ki, mütəxəssislərin də dediyi kimi, kiberoğurluq hadisəsi daha çox kartlara yüksək məbləğdə pul köçəndə baş verir. Yəni, cinayətkar dəstə hansısa müştəriyə böyük məbləğdə pul köçdüyünü bildiyindən məhz ona zəng edir, sms göndərir, link atır və sair. Bu isə bir çox ekspertlərin fikrincə, o deməkdir ki, koberoğruların hansısa formada banklarla, yaxud həmin bankların məlumat bazasına çıxışı olan şəxslərlə əlaqəsi var.

Burada banklardan məlumat sızıntısı ehtimalı olduqca yüksəkdir. Çünki kibercinayətlər mütəşəkkil qaydada törədilir. Belə kütləvi şəkildə, yüksək məbləğli və dəqiq müştərilər seçilməklə oğurluq edilirsə, deməli bu, təsadüfi oğrunun əməli deyil. Mütəxəssislərin də dediyi kimi, bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər və ya bank məlumat bazalarındakı hansısa təhlükəsizlik boşluqları ilə əlaqədardır. Bu isə təkcə ayrı-ayrı vətəndaşların deyil, bütövlükdə dövlətin maliyyə təhlükəsizliyinə təhdid yaradır…

Bir sözlə, belə getsə, əhali kartlardan, nağdsız ödənişlərdən imtina edib, nağd pulla hesablaşmağa qayıdacaq. Və nə qədər ki, oğurlanan pula görə təkcə vətəndaş deyil, bank da məsuliyyət daşımayacaq, kartlardan vəsaitlərin oğurlanması davam edəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 İyun 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri