Icma.az
close
up
RU
“Kartlardan pul oğuluğu texnoloji yox, daha çox psixoloji manipulyasiya üzərində qurulub” AÇIQLAMA

“Kartlardan pul oğuluğu texnoloji yox, daha çox psixoloji manipulyasiya üzərində qurulub” AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bank kartlarından müxtəlif kiberüsulla pul vəsaitlərinin oğurlanması davam edir. Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti demək olar ki, tez-tez məlumat yayır. Yeri gəlmişkən, DİN vətəndaşlara tanımadıqları zənglərə, mesajlara cavab verməməyi, bank kartı məlumatlarını kimsəyə verməməyi, şübhəli linklərə daxil olmamağı məsləhət görməyinə baxmayaraq, insanlar yenə də kiberdələduzların qurbanına çevrilirlər.

Kartlardan oğurluq hansı üsullarla həyata keçirilir? Bank kartı istifadəçilərinin kiberdələduzların qurbanı olmaması üçün daha hansı tədbirlərə əl atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirdi ki, vətəndaşların bank kartlarından pul vəsaitlərinin oğurlanması bir daha göstərir ki, kiberdələduzluq təhlükəsi aktual olaraq qalır:

"Bu cür halların əksəriyyəti klassik fişinq və sosial mühəndislik üsullarına əsaslanır. Dələduzlar özlərini bank əməkdaşı, hüquq-mühafizə orqanı və ya rəsmi qurum nümayəndəsi kimi təqdim edərək vətəndaşlardan kart məlumatlarını, SMS kodları və ya mobil bank tətbiqlərinə giriş icazəsi əldə etməyə çalışırlar".

Müsahibimiz qeyd etdi ki, bu proses texnoloji yox, daha çox psixoloji manipulyasiya üzərində qurulub.

"Hədəf şəxsə təzyiq, təcili qərar vermə təklifi və ya qorxu hissi yaradılaraq onun şübhələnməsinə imkan verilmir. Məhz buna görə texnologiya nə qədər inkişaf etsə də, insan faktoruna qarşı maarifləndirmə əsas rol oynayır.

Problemin qarşısını almağın effektiv yolu kart məlumatlarını heç bir şəraitdə paylaşmamaq, tanımadığınız nömrələrdən gələn zəng və linklərə etibar etməmək, rəsmi qurumlarla birbaşa əlaqəyə keçmək və əməliyyat limitləri ilə təhlükəsizlik səviyyəsini yüksəltməkdir. Hər bir vətəndaş öz bank hesabının ilk təhlükəsizlik sipəridir", - deyə E.Abbasov bildirdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri