Icma.az
close
up
RU
Kartlarında ən çox fırıldaqçılıq olan bankların adları açıqlanacaqmı?

Kartlarında ən çox fırıldaqçılıq olan bankların adları açıqlanacaqmı?

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımovla ekspertlərin görüşündə qaldırdığım məsələlərdən biri də bank sektorunda təhlükəsizliklə bağlı olub.

Bu istiqamətdə bank kartları ilə olan fırıldaqçılığn artması, banklarda vətəndaşın identifikasiya məsələləri, banklarda çalışan əcnəbilərin vətəndaşların məlumat bazalarına giriş imkanlarının olması və vətəndaşın xəbəri olmadan onun adına onlayn formada kreditlərin götürülməsi problemlərini diqqətə çatdrıdım.

Datalara giriş imkanı olan sektorlarda əcnəbilərin işləməsinin məhdudlaşdırılmasını, bütün bankların tətbqilərində onlayn kreditlə bağlı STOP imkanının yaradılmasını, açıq bankçılığın , APİ servislərin işə salınmasını və s.təklifləri diqqətə çatdırdım.

Taleh müəllim bank sektorunda təhlükəsizliyin gücləndirilməsi məqsədilə bütün bankları əhatə edən yeni bir platformanın işə salındığını vurğulayıb.

Bu məsələnin Mərkəzi Bank üçün prioritet olduğu qeyd edilib.

Son zamanlar DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi ilə birlikdə bu istiqamətdə xeyli müsbət işlərin görüldüyü bildirilib.

Mərkəzi Bnak sədri Azərbaycanda bank fırıldaqçılığı və cinayətkarlığın orta dünya göstəricisindən xeyli aşağı olduğunu da qeyd edib.

İnandırıcı olması üçün rəqəmləri də bizə göstərdilər .

Bununla belə bank kartlarından olan fırıldaqçılıqla bağlı statistikaların gündəlik dərcinin də nəqdsiz ödənişlərlə bağlı ümumi siyasət baxımından narahatçılıq yaratdığı qeyd edilib.

Mərkəzi Bank tərəfindən hər ay bu istiqamətdə statsik icmalların hazırlanmasının nəzərdə tutulduğunu bildirilib.

Yeri gəlmişkən, görünür ki son zamanlarda DİN-in gündəlik hesabatlarında bank kartları ilə olan fırıldaqçılıq statistikalarının verilməməsi də məhz bununla bağlıdır.

Fiukrimcə, belə statistikaların verilməsi maarifçilik baxımından və mövcud təhlükələrə vətəndaşların diqqətinin cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müzakirələrdən belə anladım ki, Mərkəzi Bank təhlükəsizliklə bağlı məsələləri daha da sərtləşdirəcək. Antifraud sistemi daha da təkmilləşdirilir.

Hazırda bu istiqamətdə DİN-lə birgə qurulan əməkdaşlıq müstəvisinə mobil operatorların da cəlb ediləcəyi gözlənilir.

Ümid edirəm Mərkəzi Bank yetərincə ictimai əhəmiyyət kəsb edən “ən çox şikayət olunan banklar” hesabatı ilə yanaşı “Bank kartları və onlayn kreditlərlə bağlı ən çox fırıldaqçılıq olan banklar” hesabatını da təqdim edəcək.

Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 İyul 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri