Kartofdan belə dolma hazırladınızmı? Sobada qiyməli kartofun resepti
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kartofdan hazırlanan yeməklər arasında sobada qiyməli kartof dolması xüsusi dadı ilə seçilir. Klassik dolmalardan fərqli olaraq, bu yeməyin hazırlanması həm asandır, həm də çox vaxt aparmır.
Demokrat.az oxucuları üçün süfrəyə fərqli dad gətirəcək sobada qiyməli kartof dolmasının reseptini təqdim edir.
Lazım olan ərzaqlar:
6-7 ədəd orta ölçülü kartof
200 qram qiymə
1 ədəd soğan
1 ədəd yumurta
1 stəkan pomidor şirəsi
1 stəkan isti su
1 xörək qaşığı qarğıdalı yağı
1 xörək qaşığı tomat
3 budaq reyhan
Duz və qara istiot
Hazırlanması:
Əvvəlcə kartofları yaxşıca yuyun və duzlu suda tam yumşalmayacaq şəkildə qaynadın. Soyuduqdan sonra qabıqlarını soyun və içlərini ehtiyatla oyun.
İçliyi hazırlamaq üçün soğanı və reyhanı xırda doğrayın. Qiymənin üzərinə soğan, reyhan, yumurta, duz və qara istiot əlavə edib yaxşıca qarışdırın.
Hazırladığınız içliyi kartofların içərisinə doldurun və onları soba qabına düzün.
Sous üçün tomatı, pomidor şirəsini, qarğıdalı yağını və isti suyu qarışdırın. Sousu kartofların üzərinə tökün.
Kartofları əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişirmə zamanı qabın dibindəki sousdan qaşıqla götürüb kartofların üzərinə tökmək məsləhətdir. Bu, yeməyin daha şirəli olmasına kömək edəcək.
Kartoflar tam yumşaldıqdan sonra yeməyi sobadan çıxarın və isti halda süfrəyə verin.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Göylərmiş kartofdan istifadənin fəsadları Açıqlandı
16 Avqust 2026 15:25
Sobada yumurtalı çörək resepti
15 Fevral 2026 08:45
Sobada İzmir küftəsi resepti
25 Oktyabr 2026 10:05
Niyə sarı kartof kartofdan daha sağlamdır?
07 Oktyabr 2025 23:43
GMO kartofdan pendir hazırlayıb satışa çıxaracaqlar
27 Fevral 2025 07:02
Baxış sayı:148
Bu xəbər 08 Avqust 2026 15:03 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları