Icma.az
close
up
RU
Karvan ın futbolçusu: Bu nəticələr bizi pis duruma gətirdi, vəziyyətdən çıxmalıyıq MÜSAHİBƏ

Karvan ın futbolçusu: Bu nəticələr bizi pis duruma gətirdi, vəziyyətdən çıxmalıyıq MÜSAHİBƏ

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Karvan"ın futbolçusu İbrahim Qədirzadənin Sport24.az-a müsahibəsi 

- I Liqanın XVI turunda səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzdunuz. Məğlubiyyətə nə səbəb oldu? 

- Gərgin və maraqlı oyun alındı. Qələbə qazanaraq mövqeyimizi qorumaq istəyirdik. Məğlubiyyətə səbəb fərdi səhvlərimiz idi. Rəqib də bundan maksimum yararlandı. Az səhv edən qalib gələcəkdi. Belə oyun idi. Təəssüf ki, bizdə alınmadı. Qol epizodları da yaratdıq, iki top dirəkdən qayıtdı. Bunlardan biri qol olsaydı, başqa matça şahidlik edərdik. Heç "Qəbələ"də belə epizodlar olmamışdı. Bəxt biz tərəfdə deyildi. Sonda da məğlub olduq. 

- Komandanızın hücumçusu Bəhruz Teymurov oyundan əvvəl saytımıza açıqlamasında "Qəbələ"nin sizdən güclü olmadığını bildirmişdi. Sənin fikrin necədir?

- Hardasa rəqibin oyunlarına baxanada bunu demək olar. Amma hazırda birinci pillədədirlər və digər klublarla arada bəlli xal fərqi var. Bu isə digərlərindən güclü olduğunu göstərir. 

- "Karvan" artıq 2-3-cü pillələri bölüşdürür. Səncə, "İmişli"nin sizi keçmək ehtimalı varmı? 

- Qarşıda hələ çox oyunlar olacaq. Hətta "3-lüy"ə gəlib çatmaq istəyən 2-3 kollektiv var. İlk növbədə mövsümü ikinci pillədə başa vurmağa çalışacağıq. 

- Ardıcıl olaraq iki turda qələbə qazana bilmirsiniz. Təzyiq hiss edirsiniz? 

- Qışdan sonra çempionata pis başlamışdıq. "Cəbrayıl" və "Difai" ilə oyunlardakı heç-heçələr planda yox idi. Bu nəticələr bizi pis duruma gətirdi. Amma biz bu vəziyyədən çıxmalıyıq. İnanıram ki, qarşıdakı turlarda qələbələr qazanacağıq. 

- Premyer Liqaya favoritlərdən göstərilirsiniz. "Karvan" elitada oynamağa hazırdırmı?

- Hazırkı durumda Premyer Liqaya vəsiqə qazana biləcək mövqedəyik. Həmin yeri təmin etsək, qalanı rəhbərliyin qərarıdır. "Karvan"ın daha əvvəl də bu çempionatda çıxış etdiyini bilirik. Komandanın azarkeşləri, stadionu və bazası var. Ot örtüyünə və stadiona bir az əl gəzdirilsə, "Qəbələ"dən sonra Premyer Liqada çıxış etməyə ən layiq olan "Karvan"dır. 

- Premyer Liqada komanda sayı artırılır. Bu qərarı eşidəndə reaksiyan necə oldu?

- Əsas komanda sayının artırılması sevindiricidir. Əsas regionlarda olan azarkeşlər matçlara maraq qatırlar. Klub sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır.  

- Bəs legioner limitinin ləğvi barədə nə deyə bilərsən? 

- İddialı klublardan başqa digərlərinin 13-15 legioner gətirəcəyinə inanmıram. Amma komanda sayı da artıb. Azərbaycanlı futbolçular çətinlik yaşasalar da, çox gözəl rəqabət yaranacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sport24.az
archiveBu xəbər 04 Mart 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri